• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pambıqçılıqda yeni üsul sərfəlidir

  • 05.05.2021, 14:22, Baxış sayı:
  • 427
Pambıqçılıqda yeni üsul sərfəlidir
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların böyük bir qismi aqrar sahəni əhatə etməkdədir. Bu mənada indi aqrar sektorda ötən illərə nisbətdə daha dinamik inkişaf müşahidə olunur. Azərbaycanda pambıqçılığın inkişafı mühüm sosial əhəmiyyət daşıyır.
Respublikamızda aparılan uğurlu aqrar siyasət sayəsində pambıq istehsalı ilbəil artır. Fermelərə göstərilən diqqət və qayğı onların işləmək əzmini daha da artırır.
Pambıqçılığın inkişaf etdirilməsi sayəsində rayonumuzda yüksək nəticələr əldə edilir. Ayrı-ayrı fermerlər intensiv metodları tətbiq etməklə yüksək məhsuldarlığa nail olurlar.
Sabirabad rayonunun Zəngənə kəndində Respublika Fermerlər Şurasının üzvü, 1-ci dərəcəli “Əmək” ordenli fermer Əfras Əsgərovun təsərrüfatında çiyid səpini başa çatmışdır. Artıq sahələrdə çıxış alınmışdır.
Əfras Əsgərov dövlətin yaratdığı imkanlardan bəhrələnərək pambıq əkini sahələrində innovativ metodların tətbiqinə yüksək üstünlük verir. Fermer yeniliyə imza ataraq aqreqatın üzərində dəyişiklik etməklə ötən il az sahədə pambıq əkərək yüksək məhsuldarlığa nail olmuşdur. 70 hektar pambıq sahəsində ötən il ilk dəfə olaraq Çin üsulu ilə-“qoşa cərgə” əsasında çiyid səpini aparılmışdır. Fermerin sahəsində barlı kollar yetişdirilərək yeni becərmə texnologiyası əsasında hər hertardan 42 sentner məhsul gö­türülmüşdür. Bu il də yeni üsulla 135 hektarda pambıq əkən fermerin məqsədi daha yüksək məhsuldarlığa nail olmaqdır.

/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter