• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ötən ilin uğurları - PAMBIQÇILIQ

  • 31.12.2020, 11:50, Baxış sayı:
  • 556
Ötən ilin uğurları - PAMBIQÇILIQ
Pambıqçılıq

Ölkəmizdə pambıqçılığın inkişafına dövlətin göstərdiyi dəstək həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Sabirabad rayonunda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi rayonda bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin genişlən­dirilməsi, onun məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Ötən il 9 min 683 hektar sahədə pambıq əkilib-becərilmiş, bol məhsul yetişdirilmişdir. Məhsul yetişdirmək işin bir tərəfidir. Əsas məqsəd yetişdirilmiş məhsulu vaxtında və itkisiz yığmaqdan ibarət olmuşdur. Ayrı-ayrı fermer kollektivləri bu işin öhdəsindən bacarıqla gəlmiş, yığım tapşırığını xeyli artıqlamasilə yerinə yetirmişlər. Bir sıra fermer təsərrüfatları öhdələrində olan pambıq sahəsinin hər hektardan məhsuldarlığı daha da artırmışlar. Onlar 40 sentnerdən çox məhsul istehsal etmişlər.
Sabirabad pambıqçıları ötən il 31, 5 min tondan çox məhsul istehsal etmişlər. Hər hektardan məhsuldarlıq 31,3 sentner olmuşdur.
Qeyd etmək lazımdır ki, “ağ qızıl” ustaları 2019-cu ildə 8 min 630 hektar sahədən 25 min 200 ton pambıq yığmışlar. Hər hektardan 29,2 sentner məhsul götürülmüşdür.

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter