• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bizə yazırlar. Şəhid anası kömək istəyir

  • 06.04.2021, 09:42, Baxış sayı:
  • 429
Bizə yazırlar.  Şəhid anası kömək istəyir
Bizə yazırlar.  Şəhid anası kömək istəyir
Hörmətli redaksiya!
Mən Şəhriyar kəndinin şəhid anası kimi sizə müraciət edirəm. Oğlum Nadirov Siyasət Kamil oğlu Vətənimizin ərazi bütövlüyü uğrunda gedən II Vətən müharibəsində qəhrəmancasına şəhid olub.
1975-ci ildə tikilən evimin arxa divarı uçub, onu çətin də olsa təmir etdirmişəm.
Ancaq yol sarıdan dad döyürəm. Həyətimizə maşın girə bilmir, çünki yolum bataqlıqdı. Təcili yardım maşını belə gəlməyə çəkinir. Yola torpaq da tökülüb. Ancaq onu hamarlayan yoxdur. 4-5 ay bundan əvvəl icra nümayəndəsinə, bələdiyyəyə demişəm, ancaq bu günədək qulaqardına vururlar. Mənə kömək edin.

Məmləkət NADİROVA,
Şəhriyar kənd sakini,
şəhid anası
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter