YAZDIQLARIMIZA CAVAB VERİRLƏR. “Çalışacağıq ki, şəhərin avtomobil yollarında, küçə və meydanlarında mal-qaranın hərəkətinin qarşısını alaq”
- 25.11.2020, 11:18, Baxış sayı:
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayonunun ictimai-siyasi “Muğanın səsi” qəzetinin 27 oktyabr 2020-ci il tarixli 21-ci nömrəsində “MƏSULİYYƏTSİZLİK!” sərlövhəli ciddi siqnal dərc edilmişdir. Tənqidi yazıda Sabirabad şəhərinin avtomobil yollarında, prospekt və küçələrində günün hər vaxtı mal-qaranın dolaşmasından və bunun da sakinlərdə haqlı narazılıq yaratmasından bəhs edilirdi.
Qəzetdə qaldırılan məsələnin həlli ilə bağlı aidiyyatı olaraq Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinə rəsmi məktub göndərərək cavab istəmişdik.
Sabirabad rayon İHB-nın şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Sübhan Xəlilovdan 12 noyabr 2020-ci il tarixdə aldığımız cavabı dərc edirik:
“Hörmətli redaksiya,
“Muğanın səsi” qəzetində dərc edilən “Məsuliyyətsizlik” sərlövhəli tənqidi yazıda qeyd olunanlar həqiqəti əks etdirir. Bununla bağlı Yaşıllaşdırma sahəsinin rəhbərliyi ilə ciddi söhbət aparılmış və ona bu sahədə təsirli tədbir görülməsi tapşırılmışdır. Həmçinin, bu istiqamətdə rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Cavanşir Zülfüqarov ilə birgə müntəzəm olaraq tədbirlər keçirməyi planlaşdırmışıq. Çalışacağıq ki, şəhərin avtomobil yollarında, küçə və meydanlarında mal-qaranın hərəkətinin qarşısını alaq”.
P.S. Bu günədək şəhərdə heyvanların hərəkətinin qarşısı alınmamışdır. Məsələnin vacibliyini nəzərə alaraq diqqətdə saxlayacağıq.