“Sakinlərə təhlükə yaradan itlərin zərərsizləşdirilməsi həyata keçirilir”
- 22.02.2021, 13:11, Baxış sayı:
- 504
Facebook
Вконтакте
Одноклассники
Google+
Bizə cavab verirlər
“Muğanın səsi” qəzetinin 12 yanvar 2021-ci il tarixli 3-cü nömrəsində və “Muganinsesi.az” internet səhifəsində verilmiş “Sakinlər küçə itlərinin çoxluğundan şikayət edirlər” sərlövhəli tənqidi yazıda şəhərdə küçə itlərinin sakinlərə təhlükə yaratdığından bəhs edilirdi.
Qəzetdə qaldırılan məsələnin həlli ilə bağlı Sabirabad RİHB-nın Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Sübhan Xəlilovdan aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya,
“Muğanın səsi” qəzetinin 12 yanvar 2021-ci il tarixli 3-cü nömrəsində dərc edilən “Sakinlər küçə itlərinin çoxluğundan şikayət edirlər” sərlövhəli tənqidi yazıda göstərilən faktlar doğrudur, həqiqətən də son günlərdə şəhər ərazisində sahibsiz itlər çoxluq təşkil edib və sakinlərə təhlükə yaradıb.
Bu kimi halların aradan qaldırılması üçün rayon Baytarlıq idarəsi ilə tərəfimizdən birgə tədbirlər görülmüş, sakinlərə təhlükə yaradan itlərin zərərsizləşdirilməsi həyata keçirilir, bu iş müntəzəm olaraq davam etdiriləcəkdir”.