Aprelin 8-də Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir. Sosial məsafə gözlənilməklə məhdud çərçivədə keçirilən iclasda Şura üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Şura iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin səyi nəticəsində hərbi və diplomatik sahədə ən böyük Zəfərə nail oldu. Ali Baş Komandanın qətiyyəti, müzəffər Azərbaycan Ordusunun gücü və xalqımızın iradəsi ilə 30 ildən xeyli müddətdə işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşistlərindən azad edildi.
Rayon rəhbəri şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləmişdir. Qeyd etmişdir ki, şəhidlərin ailə üzvləri, qazilər daim diqqət mərkəzində saxlanılmalıdır.
Siraqəddin Cabbarov Şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı görülən işlər və qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə aidiyyatı idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Şura iclasında müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.