Sabirabad rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrini qəbul edib
- 08.04.2021, 11:07, Baxış sayı:
- 633
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov aprelin 6-da şəhid ailələrinin nümayəndələri ilə görüş keçirmişdir.
Rayon rəhbəri şəhid ailələri üzvlərinin hər birini dinləyərək onların qaldırdıqları məsələlərin həlli üçün araşdırmaların aparılması və hüquqi qaydada həll olunması barədə aidiyyatı məsul şəxslərə müvafiq tapşırıqlar vermişdir. Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilmiş, digərlərinin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılmışdır.