• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad rayonu icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov koronavirus (COVİD-19) əleyhinə peyvənd olunub

  • 18.03.2021, 12:46, Baxış sayı:
  • 815
Sabirabad rayonu icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov koronavirus (COVİD-19) əleyhinə peyvənd olunub
Sabirabad rayonu icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov koronavirus (COVİD-19) əleyhinə peyvənd olunub
Ölkəmizin bütün regionlarında olduğu kimi, Sabirabad rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
18 mart 2021-ci il tarixdə Sabirabad rayonu icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov peyvənd olunmaq məqsədilə rayon Gənclər Mərkəzinə gəlmişdir. İcra başçısı peyvəndən öncə həkim tərəfindən müayinə edilib, hərarəti və təzyiqi ölçülüb. Daha sonra vaksinasiya üçün ayrılmış xüsusi otaqda tibb işçilərinin nəzarəti altında COVİD-19 əleyhinə peyvənd olunub. Siraqəddin Cabbarov qaydalara uyğun olaraq, həkim nəzarəti altında 30 dəqiqə gözləmə otağında saxlanılıb.
Həmçinin rayon İcra Hakimiyyətinin bir çox əməkdaşları da peyvənd olunub və özlərini yaxşı hiss etdiklərini bildiriblər.
Daha sonra vaksin vurdurmaq üçün xəstəxanaya gələn sakinlərlə səmimi söhbət edən icra başçısı ölkədə pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətində olduğunu, hər bir vətəndaşın sağlamlığının ölkə üçün prioriret təşkil etdiyini bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edərək, bu kampaniyada hər bir vətəndaşı məsuliyyətli olmağa çağırıb.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
18 mart 2021-ci il tarixə Sabirabad rayonu üzrə ümumilikdə 6636 COVİD-19 infeksiyasına qarşı vaksin edilib ki, onlardan 5451 nəfər birinci doza, 1185 nəfər isə ikinci doza peyvənd olunmuşdur.




Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter