• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Rayon Ağsaqqallar Şurasının sədri və yeni tərkibi seçilmişdir

  • 06.04.2021, 12:34, Baxış sayı:
  • 659
Rayon Ağsaqqallar Şurasının sədri və yeni tərkibi seçilmişdir
Rayon Ağsaqqallar Şurasının sədri və yeni tərkibi seçilmişdir
Aprelin 5-də Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurasının iclası keçirilmişdir. İclası giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açmışdır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov çıxış edərək bildirmişdir ki, 2020-ci il xalqımız, ölkəmiz üçün çox şərəfli bir il oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharıbə tam qələbəmiz ilə yekunlaşdı. Bu Qələbə düşməni həm maddi, həm siyasi, həm də mənəvi cəhətdən darmadağın etdi. İmzalanmış bəyanat Azərbaycanın maraqlarına tam cavab verir. Bu bəyanatla torpaqlarımız işğaldan azad edilməklə yanaşı dünyadakı nüfuzumuzu da artırdı. Bu isə ölkəmizin gələcək inkişafında böyük müsbət dəyişikliyə səbəb olacaqdır. Bu müharibə ilə Azərbaycan Ermənistanın Qarabağla bağlı bütün iddialarının üzərindən əbədi xətt çəkdi. Düşmən bu vaxta qədər nəinki torpaqlarımızı işğalda saxlayır, eyni zamanda yeni ərazi iddiaları ilə də çıxış edirdi. Amma müzəffər ordumuzun Qələbəsi ilə bu iddia aradan qalxdı.
Xaricdə yaşayan bəzi üzdəniraq ünsürlər qalib ölkəmizin nüfuzuna xələl gətirmək üçün min oyundan çıxırlar. Sabirabadın hörmətli, nüfuzlu ağsaqqalları onların bu çıxışlarını ifşa etmək üçün öz sözlərini deməli, xalq arasında geniş təbliğat işləri aparmalıdırlar.
İclasda Sabirabad rayon Ağsaqqallar Şurasının 11 nəfərdən ibarət idarə heyətinin üzvü və Eyvaz Fərzəliyev isə rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter