• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad icra hakimiyyəti sosial şəbəkədə yayılan məlumatı təkzib edir – Açıqlama

  • 16.11.2020, 18:20, Baxış sayı:
  • 514
Sabirabad icra hakimiyyəti sosial şəbəkədə yayılan məlumatı təkzib edir – Açıqlama
Jurnalist bloqer Ağanisə Sultan və onun bacısı Pərvanə Sultanova facebook səhifələrində Vətən Müharibəsində döyüşlərdə iştirak edən Qəhrəmanov Tural Samir oğlu haqqında həqiqəti əks etdirməyən və dəqiqləşdirilməmiş məlumat paylaşım ediblər. Belə ki, blogerin paylaşımında əsgər Qəhrəmanov Tural Samir oğlunun sağ ayağından yaralı olduğu və onun ev şəraitində müalicəsinin davam etdirilməsi üçün evə buraxildığını qeyd olunmuşdur. Güya Tural Qəhrəmanovun evə buraxıldığdan sonra ona rayon İcra Hakimiyyətindən heç bir diqqət göstərilmədiyini yazaraq əsası olmayan qərəzli mövqe nümayiş etdirmişlər.
Sabirabad rayon İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, Tural Qəhrəmanov evə buraxıldıqdan sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Polikilinika şöbəsində qeydiyyata alınmış və sahə həkimi tərəfindən gündəlik nəzaratə götürülmüşdür. Hazırda Tural Qəhrəmanovun ambulator müalicəsi davam etdirilir.
Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun tapşırığı ilə RİH başçısının birinci müavini Həsən Həsənov, rayon İcra Hakimiyyətinin məsul işçisi Faiq Hüseynov, Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev və Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Ənvər Lümanov əsgərin evində olmuş, ona lazımi dəstək göstərilmiş, səhhətinin rayon rəhbərliyi tərəfindən daima diqqətdə saxlanıldığı əsgərin nəzərinə çatdırılmışdır.
Yaralı əsgər Tural Qəhrəmanovun atası Samir Qəhrəmanov oğluna göstərilən diqqətdən razılıq etmiş, rayon rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter