• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhidlərimiz. O, daim qəlbimizdədir

  • 10.02.2021, 10:43, Baxış sayı:
  • 576
Şəhidlərimiz. O, daim qəlbimizdədir
Şəhidlərimiz. O, daim qəlbimizdədir
Şəhidlərimiz. O, daim qəlbimizdədir
“Rahil Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etdi”
Vətən müharibəsində şəhid olanlardan biri də Rahil Əkbərovdur. O, 1991-ci il martın 1-də Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. Tam orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgərliyi Tovuz rayonunda çəkib. Müddətdən artıq hərbi xidmətdə olub...
Bu günlərdə şəhidin ailəsinə baş çəkdim. Atası Canəhməd və anası Tutubəyim xanımla həmsöhbət oldum. Şəhidin atası söhbət zamanı Rahil haqqında bunları söylədi:
-Mən hərbçi ailəsində böyümüşəm. Atam mərhum Güləhməd Əkbərov kapitan rütbəli hərbi müəllim idi. Rahil də babasının yolunu davam etdirmək üçün hərbini seçmişdi. Üç il idi ki, müddətdən artıq xidmət edirdi. Çavuş idi. Vətən müharibəsi başlayanda döyüşə yollandı. Cəbhəyə getdiyi ilk gündən öz cəsarəti, çevikliyi ilə fərqlənirdi. Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hünərlə vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra medallarla təltif edildi.
Şəhidin anası oğlunun daim qoçaq, mərd olduğunu dedi. O bildirdi ki, Rahil uşaq yaşlarından çox əqidəli, ağıllı, mehribanıydı. Həmyaşıdlarından daim seçilirdi. Vətən sevgisi həddindən artıq böyük idi. Kiçik oğlum Fərid də ondan nümunə götürüb. Səfərbərlik olanda Vətəni müdafiəyə yollandı. O da mərdliklə döyüşdü. Hazırda ordudan tərxis olunub. Rahilin böyük arzuları vardı. Balaları Damla və Rəvan üçün çalışırdı. Onları oxutmaq istəyindəydi...
Rahil Əkbərovun ruhu şad olsun. O, Vətən tarixinin parlaq səhifəsində daim yaşayacaqdır.
Elçin NƏSİB
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter