• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən müharibəsinin şəhidi - Rzayev Elxan Ariz oğlu

  • 22.01.2021, 10:27, Baxış sayı:
  • 835
Vətən müharibəsinin şəhidi - Rzayev Elxan Ariz oğlu
RUHUN QARŞISINDA BAŞ ƏYİRİK
Sabirabad rayonunun Qəzli kənd sakinləri Ariz və Gülnarə Rzayevlər 3 uşaq; 1 oğul, 2 qız böyüdüb boya-başa çatdırmışlar. Ailənin başçısı Ariz Rzayev rayon bəndatma idarəsində buldozerçidir. Özünü nümunəvi işçi kimi tanıtmışdır. Ailənin yeganə oğlu Elxan həqiqi hərbi xidmətini Tovuz rayonunda, Ermənistanla üzbəüz bölgədə keçirmişdir. Nümunəvi xidmətinə görə hərbi komandanlıq tərəfindən dəfələrlə təşəkkürlərə layiq görülmüşdür. Valideynlərinə hərbi hissədən göndərilmiş məktubda oxuyuruq:”Oğlunuz özünü qısa müddətdə nizam-intizamlı, igid və cəsur Azərbaycan əsgəri kimi göstərmişdir. Ona həvalə olunmuş döyüş texnikasını və silahını mükəmməl öyrənib. Hərbi işə canyananlığı və qayğıkeşliyi ilə yoldaşlarının və hissə komandanlığının dərin hörmətini qazanıb. Əla xidməti və nümunəvi nizam-intizamı dəfələrlə komandanlıq tərəfindən təşəkkürlə qeyd olunub”.
Elxan Rzayev Bakı Dövlət Kompüter Kollecini bitirmişdi. Qaraqaşlı kənd tam orta məktəbində işləyirdi. Səfərbərlik olanda Vətənin dar günündə qəlbində intiqam hissi silaha sarılıb cəbhəyə yola düşmüşdü.
Vətən müharibəsində əvvəlcə Cəbrayil rayonunun düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qarabağın erməni faşistlərindən azad edilməsi uğrunda fədakarlıqla vuruşmuşdur. Döyüşlərin birində yaralanmış, qısa müddətdən sonra sağalaraq yenidən döyüşə atılmışdır. Sonralar döyüş yolu Qubadlı rayonunun torpaqlarından keçmişdir. Əsl qəhrəman kimi vuruşmuş, Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.
Bu günlərdə Qəzli kəndində Vətən müharibəsinin şəhidi Elxan Rzayevin ailəsinə baş çəkdik. Şəhidin atası, digər yaxınları, kənd sakinləri ilə həmsöhbət olduq.
Şəhidin atası Ariz Rzayev dedi ki, Elxanın böyük arzuları vardı. Ali təhsil almaq üçün Sumqayıt Dövlət Universitetinə qəbul olunmuşdu. Təhsilini qiyabi davam etdirmək fikrindəydi. Nişanlanmışdı, ailə qurmaq istəyirdi.
Qəzli kənd sakini Qüdrət Kərimov isə bizə binları söylədi:
-Elxan sakit təbiətli, ədəb-ərkanlı, ata-anaya, qonum-qonşuya qarşı mehriban insan idi. Oruc tutub, namaz qılırdı. Yasında iştirak edən komandiri Elxanın igidliyindən danışarkən cəbhədə də namazından qalmadığını söylədi.
Vətən şəhidi Elxan Rzayev ölümündən sonra ölkə rəhbəri tərəfindən medallarla təltif edildi. Ruhu şad olsun.
Elçin NƏSİB.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter