88 faiz istifadəçilər Mərkəzi Bank sədrinin dediyi ilə razılaşmır.
- 24.06.2023, 15:58, Baxış sayı:
- 352
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin dünənki iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, bizdə kredit faizləri qonşu ölkələrindəkindən çox aşağıdır: "Azərbaycanda kredit faizi hüquqi şəxslər üzrə 10,1%, fiziki şəxslər üçün isə 16,1 faizdir. Sosial mediada apardığım sorğuda, öz səhifə istifadəçilərimə sual ünvanlamışdım, bu deyilənlərlə razısınızmı? Sorğuda iştirak edənlərin 6 faizi razı olduqlarını, 88 faiz razı olmadıqlarını, 6 faiz cavab verməkdə çətinlik çəkdiklərini qeyd ediblər.
Digər sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, əslində ölkədə verilən əməkhaqqı və qazanc qonşu ölkələrdən aşağıdır. Bu baxımdan da əhalinin gəlirləri də burada nəzərə alınmalıdır. Real statistik rəqəmlər nəzərdən keçirilsə, baş bankirin söylədiyinin doğru olub-olmamasının müqayisə etmək olar. Digər baxımından banklarda kredit faizinin aşağı göstərilməsi heç də həqiqəti göstərmir. Misal üçün illik 10.9 faiz nağd kredit göstərən bankın, tələblərinə baxsaq və bunun müddətini 60 aya bölsək və digər xərcləri ora əlavə etsək bu 16.1 faiz yox daha yüksək faiz göstərici olacaq. Banklar bir çox aldadıcı üsullardan istifadə edir. Nəticədə zərər çəkən istehlakçı olur. Sonda da səslənən rəqəmlər həqiqəti əks etdirmir. Bunun aradan qaldırılması üçün hər hansı iş görülsə idi, banklara inam da çoxalardı və baş bankirin söylədiyi fikirlərlə razılaşmaq olardı. Sənəd üzərində bir çox məsələlər düz ola bilər, amma əsas istehlakçının gördüyü və ya qarşılaşdığı mənzərədir.
Rauf QARAYEV, iqtisadçı