Mərkəzi Bank əvvəldə qeyd etdiyim kimi, dialoqa açıq bir qurumdur. Əgər bir müddət əvvəl mənimlə daim əməkdaşlıq baxımından əlaqə saxlanılırdısa, hazırda bu əməkdaşlıq email səviyyəsinə enib. Bankın strategiyasını anlamaq olmur. Sualınız varsa elektron ünvana göndərin. Sizə qanunvericilik səviyyəsində cavab veriləcək. Məsələnin digər tərəfi odur ki, vətəndaşların müraciəti haqqında qanuna əsaslansaq orada vaxt müddəti qeyd olunub. 10-cu maddəyə əsasən korrupsiya halı istisna olmaqla vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Bu müddət ərzində iqtisadçı sualına cavab gözləməlidir. Belə halda artıq verilən sualın əhəmiyyəti itir. Bu halda iqtisadçı məcburdur öz fikrini söyləsin, hətta bir tərəfli olsa belə., Nəticədə fikir birtərəfli səsləndiyindən, ictimaiyyətdə gözlənti iqtisadçılardan olduğu üçün orqan əhəmiyyətli iş görsə də, onun işi qalır kölgədə. Mərkəzi Bank öz reputasiyasını qoruyursa, iqtisadçılarla bu yanaşmanı dəyişməlidir. Suala gəlincə ölkədə infilyasiya faizi, statistik rəqəmlərə nəzər yetirsək yüksəkdir. Mərkəzi bank bu ilin sonuna 8.3 faiz infilyasiya proqnozlaşdırıb. İnsanların gözləntiləri də infilyasiya ilə bağlı yüksəkdir. Bazara nəzər yetirdikdə, infilyasiyanın yüksək olduğunu görə bilərik. Statistik rəqəmlərə baxanda, burada qeyri müəyyənlik müşahidə olunur. Misal üçün istənilən insan marketə daxil olanda, qiymətlərin günü-gündən qalxdığını müşahidə edir, amma ölkənin baş bankı isə iddia edir ki, infilyasiya vətəndaşın gördüyü kimi deyil. Daha aşağı səviyyədədir. Bunun üçün digər mallara nəzər yetirmək lazımdır. Hansı mallardı, onu qeyd etmir. İqtisadçılara da bu aydın deyil, Mərkəzi bankın siyahısında hansı mallar var ki, onlar əlində tutduğu siyahıya əsasən infilyasiyanın daha aşağı olduğunu qeyd edir? Hesab edirəm ki, əgər bu sirr deyilsə, bunu ictimaiyyətə açıqlamaq lazımdır ki, burada fikir ayrılığına son qoyulsun. Əks halda gələn il üçün infilyasiya faizi gözləntiləri daha yüksək olacaq, bizlərdə hansı malları Mərkəzi bank nəzərdə tutur fakt olmadığına görə, vətəndaşın mövqe ilə razılaşmalı olacağıq.
Vergi2023-cü ilin 1-ci rübü ərzində regionlarda vergi yığımları 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 353,1 mln. manat olmuşdur. Maraqlı haldı, bu artım necə baş verib?
Suallar aşağıdakı kimidir.
İl ərzində nə qədər müəssisə açılıb?
Adları qeyd olunsun.
İl ərzində nə qədır bağlanıb?
Adlarla qeyd olunsun.
Nə qədər fiziki şəxs fəaliyyətinin dayandırıb və ya ləğv edib?
Nə qədər fiziki şəxs vergiyə cəlb olunub və yeni VÖEN açılıb?
Açılan VÖEN-lərin nə qədədəri aktivdi və hazırda onlar tərəfindən nə qədər vergilər məbləği ödənilir?
Nə qədər sahibkara düzgün tutulmayan vergilər nəticəsində, büdcədən pul geri qaytarılıb?
Nə qədər sahibkarların vergi borcları var və bu borcları vergi öz statistikasında gəlir kimi nəzərə alınırsa bu halda onları büdcə gəliri kimi hesaba almaq nə dərəcədə doğrudur? Elə borclar var ümidsizdir, eləsi ödəmə qabiliyyətli deyil və sahibkar müflis durumdadırsa onun borcunu gəlir kimi qeyd etmək düzgün deyil.
Bir çox suallar var ki, iqtisadçılarla müzakirə olunub onlara cavab tapılmalıdır, əks halda bu artımın qeyd olunması yəni qeyd olunan rəqəm formal xarakter daşıyacaq.
Rauf QARAYEV, iqtisadçı