• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Elektron ticarətdə iki qat ƏDV tutulma

  • 29.10.2021, 23:39, Baxış sayı:
  • 494
Elektron ticarətdə iki qat ƏDV tutulma
Müasir dövrümüz, elektron ticarətsiz mümkün deyil. İstənilən şəxs öz saytına, kompüterinə musiqi, film, elektron kitab, proqram, incəsən əsəri, foto yükləyib satış edilir və alınır. Xidmətin alındığı zaman nə qədər ƏDV ödəniməlidir? Bu sualı misal üzərində cavablasaq daha aydın olar. Bu baxımdan misala nəzər yetirək.

Misal - 1. Con adlı şəxs xarici ölkədə yaşayır və "S" adlı sayta musiqi yükləyib onun satışını həyata keçirir. Musiqinin satış qiyməti manatla 20 manatdır. Con bu musiqini Əliyə satır. Baxaq görək elektron ticarət dedikdə nə başa düşülür. Bunun üçün qanuna nəzər yetirək
Azərbaycan Respublikasının "Elektron ticarət haqqında" 10 may 2005-ci il № 908-IIQ Qanunun
1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.
1.0.2. maddəsinə əsasən elektron ticarətin iştirakçıları - elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslərdir.
Con burada satıcı (təchizatçı) - malları satan (xidmətləri göstərən, işləri görən) elektron ticarət iştirakçısıdır.
Əli burada alıcı (sifarişçi) - malları alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçısıdır.
Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra - vasitəçi) elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxsdir.

Baxaq Vergi Məcəlləsinə

Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Gələk misala. Conun yaşadığı ölkədə ƏDV faizi 20 faizdir. Amma Əlinin ölkəsində isə yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda bu faiz dərəcəsi 18 faizidir. Əli 20 manat ödədikdə yerli Azərbaycan bankı onun 20 manatından 18 faiz, Conun ölkəsindəki banka isə o 20 faiz məbləğ ödəməlidir. 20+18 ƏDV. Vergi Məcəlləsinə əsasən bu halda Əli xarici ölkədə 20 faiz ƏDV olduğu üçün ödəməsinin Azərbaycana aidiyyatı yoxdur. Ölkədə də onun kart hesabından bank 18 faiz ƏDV tutacaq.

Rauf QARAYEV, iqtisadçı-ekspert.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter