Ölkədə bank sisteminin təhlükəsizliyindən razısınızmı?
- 22.02.2022, 13:51, Baxış sayı:
- 577
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkədə bank sisteminin təhlükəsizliyindən razısınızmı? Belə sualla FB yerləşən "İqtisadi maarifləndirmə" qrupunda sorğu aparılıb. İştirakçıların 43 faiz bəli, 57 faiz isə xeyir cavabı verib. Nəticə olaraq üstünlük razı olmayanlar tərəfində olduğu görünür.
İqtisadçı-ekspert Rauf Qarayev də bu sorğuda iştirak edib xeyir cavabı verənlər arasında olub. Buna əsasən onu şərhi isə aşağıdakı kimi olub.
Ölkədə bank sisteminin təhlükəsizliyi lazımı səviyyədə deyil. Buna səbəb maarifləndirmədən əlavə, rahatlıqla şəxsi məlumatların əldə edilməsidir. Qeyd edim ki, ölkənin böyük bankların adından dələduzlar istifadə edərək bir sıra vətəndaşlara zərər vura bilirlər. Son hadisələrdə buna bariz nümunədir. Bundan əlavə burada vətəndaşlar da günahkardı ki, bəzi hallarda öz şəxsi məlumatlarını dələduzlara verirlər. Hesab edirəm ki, bank sisteminin götürülən hər bir işçi ilə məsuliyyətlə bağlı əlavə müqavilələr bağlanmalıdır, onlar işdən çıxdıqda belə onların ən azı 6 ay fəaliyyəti nəzarətdə saxlanmalıdır. Bu vəzifədən aslı olmayaraq atılan addım olmalıdır. Digər bir qeyd bankların bəzi hallarda təhlükəsizlik üçün çoxlu vəsait xərcləməməsi bu hallara gətirib çıxaran amillər olur. Baxmayaraq bank birinci növbədə təhlükəsiliyə önəm verməlidir. Bundan onun fəaliyyəti aslıdır. Əsas olan məqamlar bunlardı. Digər kiçik qüsurlar isə zamanla həll olunan məsələdir.