• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bankların qara siyahısına kimlər düşür?

  • 08.06.2023, 11:49, Baxış sayı:
  • 365
Bankların qara siyahısına kimlər düşür?
Banka zəng etdim kredit almağa, mənə kredit verməkdən imtina etdilər. Səbəb isə iş yerimin qara siyahıya düşməsidir. Mənim əməkhaqqım yüksəkdir və holdinqdə işləyirəm, necə olur ki, mənim iş yerim qara siyahıya düşüb? Əgər düşübsə bunun günhakarı mən deyiləm. Bu məsələ iş yerimlə bank arasında problemlər bağlıdır. Qanunvericiliklə bu halda düz deyil. Banklar istədiyi qərarı bu halda necə verə bilər?
Bu suala cavab verilməmişdən əvvəl qanunvericilikə nəzər salaq. Banklar haqqında Azərbaycan Respublikasının qanunun 36 maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.
Göründüyü kimi, qanunla banklarla onların müştəriləri arasında münasibətlərdə, kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstlik verilib. Daxili qayda ilə kredit ödənişi şərtləri ilə bunu müəyyən edə bilirlər. Burda qanunvericilik şərtləri pozulmur. Bəs banklar, niyə gəlirlərinin biri də kredit faizlərindən ola-ola, onlar fiziki şəxsə kredit verməkdən imtina edir?
Bankların qara siyahısına kimlər düşür?
Gəlir gələn yerdən heç kəs imtina etməz. Amma elə hallar olur ki, burada bank məcburdur ki, kredit verməkdən imtina etsən. Bu hansı hallarda baş verir? Banklar risklərin idarə edilməsi, beynəlxalq dildə desək risk managament deyilən bir anlayış var. Əslində bu anlayış bütün biznes subyektlərinə adddir və bankda buradan kənarda deyil. Bankların özündə bazarın təhlil edilməsi, risklərin idarə edilməsi üçün xüsusi şöbələr də olur. İstənilən atılan addım risk tələb edir. Sabah atılan addım məsuliyyəti, bu işi görənin üzərindədir. Bu baxımdan da, bankların risk növləri mövcuddur. Kredit riski, bazar riski, əməliyyat riski, işgüzar nüfuz riski, likvidlik riski. Sual kredit risklərinə aid olduğu üçün bu növə nəzər yetirək. Bank kredit verməmişdən əvvəl müştərini təhlil edir. Təhlil etmək nə deməkdir və bu proses necə aparılır?
Müştərinin əvvəl krediti qaytarılması ilə bağlı, aylıq gəlirini, kredit borcunun olub-olmaması, kredit götürdüyü müddətdə nə qədər gecikmələri olub, işlədiyi strukturda əməkhaqqların verilməsi və sair qeydləri yoxlanılır.
Sualda qeyd edilir ki, mənim əməkhaqqım yüksəkdir, heç bir kredit gecikməm olmayıb, amma burada onun işlədiyi təşkilatda aşağıdakı problemlər ola bilər.
1. İşlədiyi yer tez-tez işçiləri ixtisar edir. Bu halda şəxsin işlədiyi müddətdə onun yeganə qazanc yeri bu təşkilat olduğundan, kreditin geri qaytarılmasından problemlər yaranma ehtimal böyük olduğundan, bank kredit verməkdən imtina edir.
2. İşlədiyi yerdə əməkhaqqıları verilməsində gecikmələri olur. Misal üçün ayın sonunda verməli olduğu əməkhaqqını 2 ay sonra verir. Bu halda əmək haqqılarda gecikmələr mütəmadi olduğundan, bank şəxsə kredit verməkdən imtina edir.
3. İşlədiyi yerdə, işçilərin əməkhaqqılar tez-tez dəyiklik olur və adətən işçilərin əməkhaqqıları aşağı salınır. Bu halda şəxsin əməkhaqqısı stabil olmadığından, bank ona kredit verməkdən imtina edir.
4. İşlədiyi yerə yüksək vergi borcları ilə bağlı sərəncam qoyulub, müştərisi olduğu bank bu riskləri gördüyü üçün, təşkilatın işçisinə kredit verməkdən imtina edir.
Digər qeydlərdə ola bilər. Bu baxımdan da, bank tərəfindən risklərin böyük olduğu üçün, şəxsin işlədiyi təşkilat arzu olunmayan təşkilatlar siyahısına əlavə olunur yəni qara siyahıya. Bu münasibət şəxsə görə deyil, yalnız onun iş yerinə görədir. Bank kredit verdikdə ondan gəlir götürməlidir. İstənilən biznes subyekti də, münasibətlərini gəlir və xərclərə görə nizamladığı kimi, bankda öz işini belə qurur. Bu baxımdan burada bankı nədəsə günahlandırmaq düz deyil. Şəxs əgər digər iş yerinə getsə və orada bu risklər olmasa, bu halda ona kredit verilmə ehtimalı yüksək ola bilər.
Rauf QARAYEV, iqtisadçı.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter