Ölkədə iqtisadi sahədə maarifləndirməyə niyə görə ehtiyac var?
- 23.02.2022, 13:37, Baxış sayı:
- 469
Facebook
Вконтакте
Одноклассники
Google+
FB yerləşən
"İqtisadi maarifləndirmə" qrupunun üzvlərinə belə sual ünvanlanıb:
"Ölkədə iqtisadi sahədə maarifləndirməyə niyə görə ehtiyac var?". Bəyənmələrdən aydın oldu ki, ehtiyac var.
Qrupun üzvlərindən biri
Sevinc Qarakişiyeva qeyd edib ki, ölkədə iqtisadiyyatın bütün istiqamətləri üzrə maarifləndirməyə ehtiyac var. Bunun səbəbi insanların iqtisadi biliyinin artımı üçündür.
İqtisadçı-ekspert Rauf Qarayev hesab edir ki, ölkədə xüsusən də, vergi və sosial sahə üzrə maarifləndirməyə ehtiyac var. Bunu səbəbi aşağıdakılardı:
İnsanlar vergi baxımdan öz xərclərini bilmək istəyirlər. Amma Vergi Məcəlləsi insanlara aydın şəkildə yazılmadığı üçün misal olaraq Gürcüstandakı kimi, bu yükü müstəqli iqtisadçılar öz üzərinə götürməli olurlar. Onlar həm kitab nəşr etdirərək bunu edirlər, həm də müxtəlif saytlara öz fikirlərini qeyd etməklə insanlara öz fikirlərini çatdırırlar. Ölkədə vergini çözə bilən kifayət qədər iqtisadçı var. Amma sosial sahə baxımdan kasadlıq var. Yəni sosial sahə qarışıq sahə olduğu üçün və biznes baxımdan da maraqlı olmadığı üçün bu sahədə maarifləndirmə aparan 1 və 2 iqtisadçı gözə çarpa bilər. Mən 13 minlik yutub səhifəmdə sosial sahə baxımdan daimi maarifləndirmə aparıram. Amma təəssüf olsun ki, respublikada yutub üzrindən özümdən başqa digər iqtisadçıların maarifləndirmə aparmasına rast gəlməmişəm. Digər baxımdan son zamanlar kənd təsərrüfatı sahəsində maarifləndirməyə ehtiyac duyulur. Bu sahədə iqtisadi baxımdan iqtisadçılar azlıq təşkil edir. Əmək münasibəti baxımdan ölkədə iqtisadçılar kifayət qədərdi. Bəzən elə olur ki, maarifləndirmə zamanı də, yersiz tənqidlə, hətta təhqirlə üzləşirsən. Amma bunlar iş prosesində olan bir xətadır. Belə qeydlərə fikir verilsə, o halda gərək heç kəs, heç nə etməyə. Hesab edirəm ki, müstəqil iqtisadçılar öz misiyalarını davam etdirməlidirlər. Burada onlara dövlət baxımdan da dəstək olmalıdır. Təəssüf olsun ki, qurumlar tərəfindən bu dəstəyi mən şəxsən hiss etmirəm. Edilən təşəbbüs yalnız özüm tərəfimdən aparılır. İstər sosial, istər vergi və digər sahələr baxımdan maarifləndirməyə atılan addımlar olsa da, bir çox müstəqil iqtisadçılar üçün qurumlar tərəfindən yollar bağlıdır. Yalnız şəxsi əlaqələr vasitəsi ilə hər hansı məlumat əldə etmək mümkün olur. Vaxtı ilə bir çox qurumlara iqtisadi maarifləndirmə üçün lazım olan materiallar üçün müraciət etmişəm. Təəssüf olsun ki, onlardan yalnız şablon cavablar ala bilirdim. "Biz özümüz maarifləndirmə işi aparırıq əlavə kiməsə ehtiyac yoxdur". Amma mənə gələn suallardan aydın olur ki, qurumlar tərəfindən aparılan maarifləndirmə kifayət deyil. Burada əlavə güclərə ehtiyac var.