• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanda mühasibatlıq vergi uçotundan ayrılmalıdırmı?

  • 16.02.2022, 17:41, Baxış sayı:
  • 535
Azərbaycanda mühasibatlıq vergi uçotundan ayrılmalıdırmı?
FB üzərində yerləşən "İqtisadi maarifləndirmə" qrupunda sorğu aparılıb. Sorğuda belə sual ünvanlanıb: Azərbaycanda mühasibatlıq vergi uçotundan ayrılmalıdırmı? Nəticədə sorğuda iştirak edənlərin əksəriyyəti BƏLİ cavabı verib.
İqtisad elmləri doktoru Namiq Əlizadə fikrini belə əsaslandırıb:
Bunların hər ikisi ayrı ayrılıqda özü bir hesabatlardır. Bu hesabatların bir birinə bağlı məqamları var amma təyinat və hesabatlılıq baxımdan fərqli mahiyyət kəsb edir. Düşünürəm ki, orta və iri sahibkarlıq subyektlərində bir mənalı şəkildə 2 mühasibat uçotu, Maliyyə mühasibatlığı və Vergi Mühasibatlığı aparılmalıdır. Aparılmadıqca uçot sistemi nə təkmiləşəcəkdir nədə inkişaf edəcəkdir. Eyni zamanda bu hesabatların istifadəçiləri fərqli şəxslərdir, maraqları olsada qarşılıqlı amma yenədə mahiyyət fərqlidir. Ən vacib məsələ isə gəlir və xərclərin vaxtında düzgün tanlnma məsələsidir, vergi mühasibatlığı daha konkretdir daha normalar üzərindədir amma maliyyə mühasibatlığı isə üstünlüyü baş vermiş hadisənin zamanına köklənir bunlarıda hər kəs məndən daha yaxşı bilir. Mən öz təcrübəmdə 2 li uçotu aparmadıqca məcburən vergi mühasibatlığı aparmaq məcburiyyətində qalırıq.
İqtisadçı-ekspert Rauf Qarayev: Uçot ayrı olmadığığına görə misal olaraq əsas vəsaitilə bağlı suallar yaranır. Mühasibat standart deyir uçotu apar, vergi uçotu deyir 500 manatdan aşağıdırsa alınan vəsait onu əsas vəsait kimi qəbul etmə. Nəticədə mühasib məcburdur 2 hissəyə bölünərək öz uçotunu aparsın. Bu isə artıq yükdür. Yekun olaraq mühasib məcbur olur vergi uçotuna daha çox ənəm versin. Bu isə mühasibatlıq uçotunun kənar qoymasına səbəb olur. Bunun səbəbi vergidə olan cərimə qorxusudur. Yeni qəbul olunan Vergi Məcəlləsində olan maddə mühasibə deyir ki, uçotunu düz apar əks halda azad olmalardan yararlana bilməyəcəksən.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter