Azərbaycanda 1 iyul 2021 – 30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə ölkədə 2022-ci ildə qadınlarda gözlənilən ömür uzunluğu 78, kişilərdə 73 olub. Digər bir qeyddə deyilir ki, 40 faiz insan pensiya yaşına çatmayaraq vəfat edir.
FB yerləşən "İqtisadi maarifləndirmə" qrupunda istifadəçilərə sual ünvanlanıb:
Ölkədə pensiya yaşı nə qədər olmalıdır?Nigar Məmmədova: Əmək Pensiyası ilə bağlı məbləği xərcləri ödənilməsi üçün kifayət etməsə də, pensiya yaşı qadınlarda 50, kişilərdə isə 55 olmalıdır. Səbəb ölkədə işə daxil olmaq üçün özəl sahədə qoyulan yaş tələbdir. Yaş tələbindən yuxarı işə götürmüllərsə demək o şəxs təqaüdə çıxmalıdır.
Tamara Şahin qızı: Pensiya yaşı qadınlarda 50, kişilərdə isə 55 olmalıdır. Səbəb Statistika Komitəsinin 40 faiz qeyd etdiyi hissədir. Yəni 40 faiz insan pensiya yaşına çatmırsa, o halda pensiya yaşı azalmalıdır.
Rövşən Novruzov: Real baxsaq cari yaşam tərzi Statistika Komitəsinin qeyd etdiyi kimi deyil. Pensiya yaşı qadınlarda 50, kişilərdə isə 55 olmalıdır. Bundan əlavə cavan nəsil arasında da ölüm sayı artır. Bu o deməkdir ki, çox az insan indiki qanunvericiliklə 65 yaşına çatır.
Teyyub Həbibli: Özəl pensiya fondu olsa, Dövlət Pensiya Fondunun qeydlərinə ehtiyac qalmaz. Rəqabət mühiti yaranar. Nəticədə yaş məsələsinə ehtiyac qalmaz.
Rauf Qarayev: Banklara inam olsa yaş məsələsi də tədricən kənarda qalar. Azərbaycanda bir çox bankların lisenziyası ləğv edildiyi zaman, vətəndaşlar öz pullarını geri ala bilmirdi. Nəticədə banklara inam azalardı və bu inamsızlıq cəmiyyətə də sıçrayış etmişdi. Bu isə misal olaraq mən bu gün qocalıq üçün bankda hesab açıb depozitə pul qoysam, təminat yoxdur ki, mən onu pensiya yaşına çatdıqda bankdan götürə bilib öz ehtiyaclarım üçün xərcləyəcəm. Xarici təcrübədə isə, insanlar pul qazanaraq banklara vəsait qoyurlar. Bu vəsaiti yaşlandıqdan sonra xərcləyirlər. Hətta özəl qocalar evləri var ki, bankdan onların hesablarına pul köçürdükdə sənə necə lazımdır orada qulluq edirlər. Banklara inam az olduğundan bir çox insanlar banka vəsait qoymaqda tərəddüd edir. Amma bu olmasa idi, bəlkə də pensiya yaşına çatdıqda belə, yaşla bağlı narazlıqlar olmazdı.