• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanda mühasibatlıq sahəsində iqtisadi təhsili olan şəxslər olmalıdır?

  • 17.02.2022, 13:59, Baxış sayı:
  • 566
Azərbaycanda mühasibatlıq sahəsində  iqtisadi təhsili olan şəxslər olmalıdır?

FB üzərində yerləşən "İqtisadi maarifləndirmə" qrupunda "Azərbaycanda mühasibatlıq sahəsində sırf iqtisadi təhsili olan şəxslər olmalıdır?" sorğu keçirilib. Qeyd edək ki, Nazirlər Kabinetinin “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 22 may 2019-cu il tarixli 237 № li qərarının 2.10.2. bəndində qeyd edilir ki, imtahanda iştirak üçün iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti lazımdır.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 14-1-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkilini, imtahanların keçirilməsini və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını, habelə peşəkar mühasib sertifikatının formasını müəyyən edir.
1. Azərbaycan Respublikasında peşəkar mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:
1.1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikata sahib olmaq;
1.2. peşəkar mühasib təşkilatının üzvü olmaq.
1.2. Peşəkar mühasiblər malik olduqları sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququ əldə edirlər.
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:
1. Mikro və kiçik sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə;
2. İri və orta sahibkarlıq subyektlərində ;
3. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə ;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:
1. İctimai əhəmiyyətli qurumlarda;
2. İllik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə ;
3. Mikro və kiçik sahibkarlıq subyektinə aid edilən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə;
4. İri və orta sahibkarlıq subyektlərində ;
5. illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.1-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə ;
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmiş peşəkar mühasiblər yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı əldə etmiş peşəkar mühasiblər aşağıdakı təşkilatlarda baş mühasib vəzifəsini tuta bilərlər:

1. Mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında;
2. İllik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc etdirən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1.2.2-ci maddəsində göstərilən publik hüquqi şəxslərdə;
3. Yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarında baş mühasib vəzifəsini tuta bilərlər.
Göründüyü kimi imtahanda iştirak üçün iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti lazımdır.
Qərarda göründüyü kimi iqtisadi təhsilin vacibliyi yalnız Kollec (texnikom) məzunlarına aiddir. Ali təhsildə iqtisadi təhsilin əhəmiyyəti yoxdur.
Sorğuda iştirak edən şəxslərin əksəriyyəti mühasibat sahəsində iqtisadi təhsilin olmasını qeyd ediblər. Aşağıdakı qeydləri sizlərə təqdim edirik:
Naxçıvan Dövlət Universitetinin baş mühasibi, iqtisad elmləri doktoru Həsən Abbasov:
4 il ali iqtisadi təhsil almış şəxslərlə digər ixtisasa sahib olanlar arasında "yerlə səma" qədərdir. Hesab edirəm ki, mühasib vəzifəsinə qəbul olunan şəxsin mütləq şəkildə iqtisadi təhsili olmalıdır. Yalnız mühasibatlıqda operator işinə qeydri ixtisas sahibləri qəbul oluna bilinər.
Karbamid zavodunun aparıcı mühasibi, iqtisadçı Amal Ağayev: Azərbaycanda mühasibatlıq bərabərlik prinsipinə əsaslanıb. Təcrübəmdən misal çəkə bilərəm. Atası hörmətli olan şəxs, bir trest müdrindən xahiş etmişdir ki, onun oğlunu işə götürsün. Həmin trest müdiri bu şəxsi mühasib vəzifəsinə götürmüşdür. Halbu ki, ixtisasca inşaatçı-mühəndis idi. Bəlkə də trestdə onun ixtisasına uyğun işlədə də təmin edə bilərdi. Amma müdir onu mühasib vəzifəsinə götürmüşdür. Mühasib hüquq, iqtisadiyyat, riyaziyyat elmlərinin sintezindən yaranan bir peşədir. Keyfiyyət baxımdan mühasib olmaq üçün iqtisadi savad olmalıdır. Səbəb odur ki, tək praktik işi aparmaq üçün onun mahiyyətini də başa düşmək lazımdır.
İqtisadçı-ekspert Rauf Qarayev: Hesab edirəm ki, iqtisadi təhsili olmayan şəxslər mühasib kimi işləməməlidir. Bəlkə də operator və ya mühasibin xırda işləri üçün köməkçi kimi onu hər hansı vəzifəyə təyin etmək olar. Amma sırf mühasib kimi işə qəbul olunmamalıdır. Baxmayaraq ki, bunun üçün imtahanda yalnız kollec məzunlarında nəzərə alınır. Ali təhsil sahəsində bu nəzərə alınmalıdır. Mühasibatlıq iqtisadi sahədə 4 yol funksiyasını oynayır. İstənilən iqtisadi sahəyə rahat giriş etmək istəyirsənsə ilk addımını bu sahədən atmalısan. Çünki bütün iqtisadi sahələrin yolu mühasibatlıqdan keçir. Vergi, Gömrük, Kənd Təsərrüfatı və sair. Sırf bu sahə üzrə ali təhsil alanlara (mühasibat və audit) iqtisadi fənlərdən əlavə fəlsəfə, psixologiya, hüquq, kulturologiya, pedaqoqika və metododika, həmkarlar və sair fənlərdən dərs keçirilir. Bu baxımdan mühasibatlıq sahəsi müəssisənin işlək orqanı kimi, dövlətin də iqtisadi inkişafında önəmli sahədir. Hətta ailə büdcəsinin formalaşmasında mühasibatlıq önəm kəsb edir. Dəfələrlə müsahibələrimdə də qeyd etmişəm ki, bu sahədə yalnız iqtisadi təhsili olanlar olmalıdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter