Azərbaycanda onlayn bank sisteminin keyfiyyətindən razısınız?
- 20.02.2022, 17:13, Baxış sayı:
- 541
Facebook
Вконтакте
Одноклассники
Google+
Onlayn bank sistemi, buna bəzən distans bank xidməti də deyilir. Məsafədən xidmətlərin göstərilməsi. Üzv olduğunuz banka gəlmədən sizə xidmət göstərir. Bu sistemlə siz məsafədən kart sifariş vermək, öz hesabınıza nəzarət, öz hesabınızdan başqa şəxsin hesabına pul köçürmək və sair işlər görmək olur. Artıq sizin banka gələrək növbə gözləyib hər hansı əməliyyat görməyinizə ehtiyac qalmır.
Bəs görəsən Azərbaycanda onlayn bank sisteminin keyfiyyəti necədir? Bununla bağlı FB-də yerləşən "İqtisadi maarifləndirmə" qrupunda qrup üzvlərinə sual ünvanlanıb. Onların fikirləri aşağıdakı kimidir:
Kamələ Məmmədova: Mən iki bankın onlayn sistemindən istifadə edirəm. "Paşa" bank və "Kapital" bank hər iki bankın xidmətindən razıyam. Yalnız "Kapital" bankda internet banking təyinatı yerində "/-" işarələrindən istifadə etmək mümkün deyil. Sistemdə bu işarələri qeyd edəndə, xəta bildirişi görsənir. Nəzərə alsaq ki, bu ildən Vergi Məcəlləsinə yeni qeydlər əlavə edilib və ödəniş tapşırığında edilən əməliyyatların məzmunu dəqiq qeyd edilməlidir, bu işarələrin qeyd edilməməsi bizim işimizi çətinləşdirir. Bununla bağlı banka müraciət etmişəm. Ümid edirəm ki, yaxın günlərdə iradımdakı qeyd təsdiqini taparaq, məsələ həll olunacaq.
Qardaşhəli İbrahimov: Digər bankları deyə bilmərəm, amma müştəri olduğum bankdan razıyam.
Rövşən Novruzov: Heç bir iradım yoxdur.
Rauf Qarayev: Azərbaycanda onlayn bank sistemi inkişaf etməkdə davam etsədə, müəyyən qüsurlarda var. Bu qüsurları bütün banklara aid etmək olmaz. Amma hazırki vəziyyət bəzi banklarda hələ də, banka müraciət etmək üçün yenə də növbə götürüb banka yaxınlaşmağa ehtiyac duyulur. Səbəb odur ki, sistem düzgün qurulmur və xətalar çox olur. Yenə də bankların qabağında vətəndaşların izdihamını görmək olur. Bu isə o deməkdir ki, ölkədə sistem tam ürəkaçan vəziyyətdə deyil. Ümid edirəm ki, illər keçdikcə artıq distans xidmət lazımı qayda da inkişaf edəcək.