Bu günədək sahələrdən 10 min tondan çox pambıq yığılıb
- 06.10.2021, 14:36, Baxış sayı:
- 446
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı yaradılmış şərait, dövlət tərəfindən göstərilən dəstək həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Pambıqçılığa göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikanın digər pambıqçılıq rayonlarında olduğu kimi, Sabirabadda da pambıq əkinləri və məhsul istehsalı ildən-ilə artır. Rayonda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Torpaq mülkiyyətçiləri cari ildə yüksək pambıq istehsal etmək əzmindədirlər. Fermerlər müqavilə bağladıqları istehsal müəssisələrinin göstərdikləri dəstəkdən yararlanaraq rayon üzrə 9.260 hektar sahədə pambıq əkmiş, bol məhsul yetişdirmişlər.
Yığıma vaxtında başlayan məhsul istehsalçıları qısa müddət ərzində sahələrdən 10500 tondan çox məhsul toplayıblar.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsindən aldığımız məlumata görə Moranlı, Güdəcühür, Şəhriyar, Azadkənd, Qaralar, Həşimxanlı, Qaratəpə, Muğan Gəncəli, Cavad kənd inzibati ərazi dairələrinin torpaq mülkiyyətçiləri pambıq tədarükündə daha çox fərqlənirlər.
“Muğanın səsi”