• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Qələbədən qələbəyə 29 il”

  • 19.11.2021, 19:02, Baxış sayı:
  • 745
“Qələbədən qələbəyə 29 il”
19 noyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə ilk partiya təşkilatı tərəfindən partiyanın yaranmasının 29-cu ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, idarə aparatının və idarəyə tabe müəssisələrin əməkdaşları iştirak etmişdir.
Tədbirdən öncə Sabirabad rayon Mərkəzi kitabxanası tərəfindən təşkil olunan, “Qələbədən qələbəyə 29 il” adlı sərgiyə baxış keçirilmişdir. Sərgidə Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında kitablar nümayiş olunmuşdur.
Daha sonra İdarə rəisi çıxış edərək, tədbirdə iştirak edən partiya üzvlərini Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə təbrik etmiş, ümummilli lider Heydər Əliyevin yaratdığı partiyanın qısa müddət ərzində ümumxalq partiyasına çevrilməsindən, Yeni Azərbaycan Partiyasının 29 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışıb. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəllədiyini diqqətə çatdırıb.
Digər çıxış edənlər, Yeni Azərbaycan Partiyasının yarandığı gündən öz siyasi xəttinə sadiqliyindən, xalq, dövlət qarşısında xidmətlərindən, ölkəmizin bir-birini əvəzləyən uğurları nəticəsində onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirməsindən, ümumxalq partiyası olmasından söhbət açmışlar.
Sabirabad Regional Mədəniyyət İdarəsi
“Qələbədən qələbəyə 29 il”
“Qələbədən qələbəyə 29 il”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter