• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mədəniyyət könüllülərinin iştirakı ilə silsilə tədbirlər keçirilmişdir

  • 17.05.2021, 20:40, Baxış sayı:
  • 459
Mədəniyyət könüllülərinin iştirakı ilə silsilə tədbirlər keçirilmişdir
Sabirabad Regional Mədə­niyyət idarəsinin könüllüləri öncə Ulu Öndərin əziz xatirəsini yad edərək, onun mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzmüşlər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin regiona səfərlərini özündə əks etdirən fotoşəkillərdən, səfər çərçivəsində söylədiyi nitqin audioyazılarından ibarət “Sənə min bir məhəbbət...” adlı videoçarxın təqdimatı keçirilmişdir. Videoçarxın hazırlanmasında İdarənin xidməti əhatəsindəki Heydər Əliyev Mərkəzlərinin fondunda qorunan materiallardan istifadə olunmuşdur. Təqdimatda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və mədəniyyət könüllüləri iştirak etmişlər.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə mədəniyyət könüllülərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter