• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyur

  • 10.03.2021, 19:22, Baxış sayı:
  • 473
Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyur
29 il əvvəl ictimai-siyasi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası (YAP) ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Partiyanın yaradıcısı dahi şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə doğruldub.
Ümumxalq etimadın ünvanına çevrilən partiya hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə, Heydər Əliyev ideallarına sədaqətini, Ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident İlham Əliyevin apardığı islahatlara töhfələr verib. Məhz Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların təşəbbüsü ilə Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciətin qəbul edilməsi partiyanın islahatlara verdiyi dəstəyin və töhfənin daha bir nümunəsi idi.
Prezident İlham Əliyevin sədri olduğu partiya məramı, proqramı, həm də fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə kifayətlənmir, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atır, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayır.
VI qurultayından ötən üç il müddətində ciddi irəliləyişlər əldə edən dünənin, bu günün və gələcəyin partiyasının VII qurultayı siyasi təşklatın tarixində növbəti dönüş nöqtəsi oldu. Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai - siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Partiyanın VII qurultayı bir daha göstərdi ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində siyasi təşkilatın rolu və yeri xüsusidir.
Hakim partiyanın 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoyması xüsusi ilə diqqətəlayiqdir. 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunu nümayişi, eyni zamanda ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu.
Ölkə Prezidenti İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu.
VII qurultay göstərdi ki, hər zaman siyasi proseslərdə önündə olan hakim partiya 30 illik yubileyinə daha fəal, yeniləşmiş formatda qədəm qoyur, fəaliyyətini yeni mərhələyə yüksəldərək, bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək.

Yusif Sətiyev,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı
Salmanlı kənd ilk partiya təşkilatının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter