• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mədəniyyət idarəsində məzunlarla görüş

  • 29.09.2021, 15:14, Baxış sayı:
  • 354
Mədəniyyət idarəsində məzunlarla görüş
Sabirabad Regional Mədəniyyət İdarəsində uşaq musiqi məktəbləri üzrə orta və ali məktəblərin musiqi ixtisasına qəbul olunan məzunlarla görüş keçirilmişdir.
Görüşdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, məzunları təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamış, həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafına göstərdikləri diqqət və qayğıdan söz açmışdır.
İdarənin xidməti əhatəsindəki uşaq musiqi məktəblərinin direktorları da çıxış edərək, regionda ilk dəfə olaraq təşkil olunan bu tədbirdən dolayı öz minnətdarlıqlarını bildirmişlər.
Daha sonra tədbirdə iştirak edən məzunlara Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının region üzrə şəhər və rayon komitələrinin hədiyyələri təqdim olunmuşdur.
Sonda xatirə şəkili çəkdirilmişdir.
/Muğanın səsi/
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter