Mədəniyyət Mərkəzində tədbir
- 20.09.2021, 11:55, Baxış sayı:
- 553
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin Sabirabad rayon Mədəniyyət Mərkəzi tərəfindən tədbir təşkil edilmişdir.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, tədbir iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik etmiş, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından danışmış və onun əsərlərini Azərbaycan musiqisinin ən gözəl nümunələri kimi dəyərləndirmişlər.
Daha sonra tədbir iştirakçılarına Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən qısametrajlı film nümayiş olunmuşdur.
Tədbir Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında maraqlı konsert proqramı ilə davam etmişdir.