• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən müharibəsində iştirak edən mədəniyyət işçiləri ilə görüş keçirmişdir

  • 14.10.2021, 22:24, Baxış sayı:
  • 347
Vətən müharibəsində iştirak edən mədəniyyət işçiləri ilə görüş keçirmişdir
14 oktyabr 2021-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə region üzrə Vətən müharibəsində iştirak edən mədəniyyət işçiləri ilə görüş keçirmişdir.
Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə çıxış edən idarə rəisi Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun əldə etdiyi böyük qələbə münasibətilə tədbir iştirakçıları təbrik etmiş, şanlı zəfərin əldə olunmasında bütün Azərbaycan xalqı kimi mədəniyyət işçilərinin də öz payı olduğunu diqqətə çatdırmışdır.
Daha sonra tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları – Sabirabad Regional Mədəniyyət İdarəsinin baş mütəxəssisi Muradov Mehralı Məhəmməd oğlu, Şirvan şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Quliyev Ümid Eldəniz oğlu, Saatlı rayon Fətəlikənd kənd Diyarşünaslıq evinin bədii rəhbəri Mühiddinov Yaşar Zahəddin oğlu, Sabirabad rayon Qaraqaşlı kənd Mədəniyyət evinin metodisti Həsənov İsmayıl Həsrət oğlu çıxış edərək, əzəli torpaqlarımızın düşmən işğalından azad olunmasında iştiraklarından söz açmışlar.
Görüşün sonunda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş mədəniyyət işçilərinə regional idarənin fəxri fərmanı və mükafatlar təqdim olunmuşdur.
Tədbirdən sonra iştirakçılar Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində yaradılmış, məktəblilərin Vətən müharibəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Комментарии: 1
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter