• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhidin xatirəsinə inşa edilmiş abidənin açılış mərasimi olub

  • 02.11.2021, 22:45, Baxış sayı:
  • 328
Şəhidin xatirəsinə inşa edilmiş abidənin açılış mərasimi olub
Sabirabad Rayonunun vətən müharibəsi şəhidi Tağıyev Fuad Mərdan oğlunun doğum günü ilə əlaqədar, şəhidin boya başa çatdığı Ətcələr kəndində, şəhidin xatirəsinə inşa edilmiş abidənin açılış mərasimi olub. Mərasimi Sabirabad rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev açaraq, Sabirabad rayonunda Vətən Müharibəsi Şəhidləri haqqında məlumat verib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Sabirabad rayon İcra Hakimiyyətinin Şəhid ailələri və Qazilərlə işin təşkili şöbəsinin müdiri, vətən müharibəsi iştirakçısı Müslüm Rzayev, Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin Sabirabad rayon Şöbəsinin sədri, birinci vətən müharibəsi qazisi Faiq Hüseynov, Qafqaz Ruhanilər İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi Ağakərim Sadıqov, və başqaları çıxış edərək şəhidimizin əziz xatirəsini böyük hörmətlə yad ediblər. Şəhidin ruhuna dualar oxunub. Sonra məktəblilərin ifasında şeirlər səslənib.
Şəhidin xatirəsinə inşa edilmiş abidənin açılış mərasimi olub
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter