Sabirabad rayonunun Cavad kəndində I-II Qarabağ müharibə iştirakçılarının əziz xatirəsinə "Şəhidlər Unudulmur" abidə kompleksinin açılışı olmuşdur. Tədbirdə rayon ictimaiyyətininin nümayəndələri, şəhid ailələri və qazilər, kənd sakinləri iştirak etmişlər.
İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev mərasimi açaraq Vətən müharibəsində sabirabadlı şəhidlərin hünərindən danışmış, bu mərd vətənpərvərlərin heç vaxt unudulmayacaqlarını bildirmiş, bu əlamətdar günün Şəhid Elgiz Abbasılının doğum gününə təsadüf etdiyini xüsusi vurğulamışdır. .
Çıxış edənlərdən kənd ağsaqqalları adından Hacı Şəmsəddin Əliyev, rayon İHB Aparatının şöbə müdiri Müslüm Rzayev, YAP rayon Təşkilatının sədri Məleykə Həsənova, rayon Veteranlar Təşkilatının sədri Faiq Hüseynov, Şəhid Elgiz Abbaslının dostu Kamil Cəfərov, döyüş yoldaşı Namiq Bayramov, Fazil Mürşüdov çıxış edərək Şəhid ailələrinə və eləcədə Elgizin valideynlərinə səbr və şəhidlərimizə Allahddan rəhmət diləmişlər.
Bu abidənin tikilib istifadəyə verilməsində şəxsi təşəbbüsü və maddi dəstəyi olan Cavad kənd sakini Elman Nuriyev çıxış edərək abidənin tikintisindən danışmış və kəndlərinin Şəhidi Elgiz Abbaslının vətənpərvər gənc olduğunu qeyd etmişdir.
Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov çıxış edərək mərasim iştirakçılarına öz təşəkkürünü bildirmişdir.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğu və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilmişdir.
Məktəblilər şəhidlərin xatirəsini şeirlərlə yad etmişlər.
Sonda Elgiz Abbaslının məzarı ziyarət olunmuşdur.
“Muğanın səsi”