• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Fatehlər” kitabının təqdimatı keçirilib

  • 29.09.2021, 15:11, Baxış sayı:
  • 581
“Fatehlər” kitabının təqdimatı keçirilib
“Fatehlər” kitabının təqdimatı keçirilib
YAP Sabirabad rayon təşkilatında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza həsr olunmuş “Fatehlər” kitabının təqdimatı olub.
Tədbiri giriş nitqi ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva bildirib ki, Vətən müharibəsində Sabirabadın yüzlərlə qəhrəman övladı döyüşə atılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə sabirabadlı gənclər də Vətən uğrunda səfərbər oldular, Qarabağ uğrunda Suqovuşandan Şuşayadək Zəfər yolu keçdilər. I Qarabağ müharibəsində Sabirabad rayonu 225 şəhid və 6 itkin vermişdisə, II Qarabağ müharibəsində 45 sabirabadlı şəhadətə yüksəldi, 147 nəfər isə yaralandı. Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir, vətənpərvərlik örnəyidir. Təqdimatına yığışdığımız “Fatehlər” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana gəlib.
Daha sonra filalogiya elmləri doktoru, professor, “Fatehlər” kitabının ön söz müəllifi Əlizadə Əsgərli çıxış edərək kitabın ərsəyə gəlməsi haqqında məlumat verdi və bildirdi ki, Şəhidlərimiz haqqında kitab yazmaq, onlara abidə ucaltmaq böyük əhəmiyyət kəsb edir. Biz bu gün sakit və firavan yaşayırıqsa, şəhidlərimizə borcluyuq.
Təqdimatda çıxış edən Milli Qəhraman Murad Mirzəyevin atası Telman Mirzəyev, RİH-ın Vətən müharibəsi iştrakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev, rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev, Balvar kənd tam orta məktəbin tarix müəllimi Nurlana Xəlilova, Şəhid Fərid Hüseynovun anası Minə Hüseynova və fizika elmləri doktoru, professor, “Fatehlər” kitabının müəllifi Suma Sakitqızı və başqaları çıxış edərək nəşrin əhəmiyyətini yüksək qiymətləndirdilər. Vurğulandı ki, bu gün dövlətimiz şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görür.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş Sabirabad rayonundan olan 45 şəhidin əziz xatirəsinə həsr olunmuş videorolik təqdim olunub.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter