Şəhidlər ölməz, Vətən bölünməz! Hüseynli Ağa Aydın oğlu
- 14.09.2021, 09:28, Baxış sayı:
- 997
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətən müharibəsi şəhidi Ağa Hüseyinlinin doğum günü ilə əlaqədar, şəhidin böyüyüb başa çatdığı Sabirabad rayonunun Moranlı kəndində anım mərasimi keçirilib. Mərasimi Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev açaraq, Sabirabad rayonunda Vətən Müharibəsi Şəhidləri haqqında məlumat verib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Sabirabad rayon İcra Hakimiyyətinin Şəhid ailələri və Qazilərlə işin təşkili şöbəsinin böyük məsləhətçisi, ikinci vətən müharibəsi iştirakçısı Nurağa Rüstəmov, Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin Sabirabad rayon Şöbəsinin sədri, birinci vətən müharibəsi iştirakçısı Faiq Hüseynov, Qafqaz Ruhanilər İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi Ağakərim Sadıqov, Şəhidin tağım komandiri leytenant Heydər Məmmədov, Moranlı kənd Ağsaqqallar Şurasınln sədri Yavər Təhməzov, Moranlı kənd məktəbinin direktoru Asif Abbasov və başqalarl çıxış edərək şəhidimizin əziz xatirəsini böyük hörmətlə yad ediblər. Rayonun Qruzma kənd tam orta məktəbinin şagirdi, Şəhid Həsən Həsənovun bacısı qızı Qıztamam Həsənova şəhidlərimizə ithaf etdiyi şeri oxuyub. Sonra məktəblilərin ifasında şeirlər səslənib.
Şəhidin atası Aydın Hüseynov çıxış edərək mərasim iştirakçılarına minnətdalığını bildirb.
Mərasimdə onun doğmaları və yaxınları ilə bərabər kənd iсtimayyətinin nüməyəndələri və digər Şəhid ailələri iştirak ediblər.
/Muganinsesi.az/