• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

  • 15.06.2021, 18:33, Baxış sayı:
  • 383
Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb
Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb
Vətən müharibəsinin şəhidləri hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaq. Hazırda şəhid ailələri dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatələnib. Şəhidlərimizin doğum günləri yaxınları, istərsə də qohum-əqrəbası, dost-tanışları tərəfindən yada salınır, qeyd olunur.
Belə şəhidlərimizdən biri də Sabirabad rayonunun Xəlfəli kənd sakini, mayor Şahlar Cəfərovdur ki, onun iyunun 5-də doğum günü idi. Şəhidimizin həmin gün 46 yaşı tamam oldu. Bu münasibətlə şəhidin doğum günündə xatirəsi anılıb.
Mayor Şahlar Cəfərov 1975-ci il iyunun 5-də anadan olmuşdu. Ehtiyatda olan zabit idi. Şahlar bir zabit kimi müharibənin ilk günündən sonuna qədər döyüşlərdə iştirak edib. Şərəfli bir döyüş yolu keçib. Ölümündən sonra o, medallarla təltif edilib.
Şəhidin atası Fəzail Cəfərov çıxış edərək oğlunun xatirə gününə toplaşan insanlara təşəkkürünü bildirib. Sonda Şəhidin ruhuna dualar oxunub.
Şəhidin doğum günü ilə əlaqədar anım mərasimində onun doğmaları və yaxınları ilə bərabər icra hakimiyyətinin, gənclər və idman idarəsinin və içtimaiyyətinin nüməyəndələri iştirak ediblər.
“Muğanın səsi”
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter