• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Ulu Öndər halal zəhmət adamlarına həmişə arxa durardı”

  • 21.04.2021, 09:45, Baxış sayı:
  • 969
“Ulu Öndər  halal zəhmət adamlarına həmişə arxa durardı”
“Ulu Öndər  halal zəhmət adamlarına həmişə arxa durardı”
“Mən özümü xoşbəxt sayıram ki, Ulu Öndər “Kommunizm” kolxozuna-mənim başçılıq etdiyim briqadanın sahəsinə, tarla düşərgəmizə dəfələrlə gəlmişdir. Pambıq tarlasının düz ortasınacan gələr, məhsuldarlıqla maraqlanardı. Pambıqçılarla süfrə arxasında oturub çay içər, səmimi söhbət edərdi. Xətrimi çox istəyərdi. Həmişə məni yaxşı pambıqçı kimi nümunə göstərərdi”

Rəhmətlik Səfər kişi və Kübra xanım əslən Qərbi Azərbaycanın İrəvan mahalının dilbər guşələrindən olan Sabunçu kəndindən idilər. Otən əsrin ortalarında Ermənistandan deportasiya olunaraq Əli Bayramlı rayonunun Dadaş­bəyli kəndində (hazırda Sabir­abad rayonunun ) məskunlaş­mışdılar. Sadə əmək adamı kimi düzlükdən, müqəddəslikdən başqa heç nəyə baş əyməyərək 9 uşaq böyüdüb boya-başa çatdırmışdılar. 1951-ci il martın 10-da doğulmuş Mətanət Məmmədova da bu ailədən pərvazlanmışdır.
Onun həyatının 30 ildən çox dövrü pambıqçılıqla bağlı olmuşdur. 1967-ci ildən manqa başçısı, 1974-cü ildən 1998-cı ilədək pambıqçılıq briqadiri işləmişdir. Bütün bu illər ərzində briqadası həmişə yüksək əmək nailiyyətləri qazanmış, daim birincilər sırasında olmuşdur. Mətanət Məmmədovanın adı isə Azərbaycanın məşhur pambıqçıları sırasında iftixarla çəkilmişdir. Onun əməyi yüksək qiymətləndirilmişdir. Mətanət Məmmədova keçmiş SSRİ adlanan bir dövlətin ən yüksək orden və medalları ilə təltif olunmuşdur. “Oktyabr İnqilabı”, “Şərəf nişanı” ordenləri, SSRİ Xalq Təsərrüfatı Nailiyyətlər Sərgisinin qızıl, gümüş, bürünc medalları ilə və bir sıra digər mükafatlarla təltif edilmişdir. SSRİ Ali Sovetinin (9-cu çağırış) deputatı olmuşdur.
Yazı-pozu adamı kimi işimlə əlaqədar vaxtilə Mətanət Məmmədovanın briqadasında çox olmuşam. Onunla çox söhbətlər etmişəm. Əmək fəaliyyəti barədə məqalələr yazmışam. Aradan uzun illər keçdikdən sonra Mətanət Məmmədova ilə bu günlərdə yenidən onun evində həmsöhbət oldum. Söhbətinin əvvəlində bunları söylədi:
-Ulu Öndər Heydər Əliyevin sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illər respublikamızın qızıl dövrü olmuşdur. Onda hər bir adam öz işini, öz yerini bilirdi. Bütün sahələrdə o qədər ciddi nizam-intizam, işə məsuliyyət hissi var idi ki...Hamının zəhməti layiqincə qiymətləndirilirdi. Adamlar xırda hisslərlə yaşamırdılar. Sözün yaxşı mənasında böyük bir rəqabət vardı. Hamı dərk edirdi ki, öz işi ilə Vətənə sədaqətlə xidmət edən hər bir kəs respublika rəhbərinin diqqətindən yayınmırdı. Onun yorulmaz iş rejimi hamıya nümunə idi. Respublikamıza rəhbərlik etdiyi illərdə tez-tez rayonumuzda olur, kənd adamları ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Mən özümü xoşbəxt sayıram ki, Ulu Öndər “Kommunizm” kolxozuna-mənim başçılıq etdiyim briqadanın sahəsinə, tarla düşərgəmizə dəfələrlə gəlmişdir. Pambıq tarlasının düz ortasınacan gələr, məhsuldarlıqla maraqlanardı. Pambıqçılarla süfrə arxasında oturub çay içər, səmimi söhbət edərdi. Xətrimi çox istəyərdi. Həmişə məni yaxşı pambıqçı kimi nümunə göstərərdi. Halal zəhmət adamlarına daim arxa duran, kömək olan Ulu Öndərin rayona, eləcə də kəndimizə hər gəlişi bir çox problemin həllinə təkan verirdi.
Mətanət xanım daha sonra vurğuladı ki, Allah Ulu Öndərimiz Heydər Əliyevin ardıcılı olan möhtərəm Prezidentimiz İlham Əliyevə kömək olsun. Ümid yerimiz yalnız odur. Allaha çox şükür ki, onun apardığı siyasət sayəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına da qayğı göstərilir, pambıqçılıq inkişaf etdirilir.
Mətanət xanım həyat yoldaşı Rəcəb Rəcəbli ilə 3 övlad böyüdüb boya-başa çatdırıblar. İki qız, 1 oğlan, 6 nəvələri var. Uşaqlarının hamısı pərvazlanıb, özünə yurd-yuva qurub. İndi bir çıraq neçə-neçə yerə işıq saçır, nur paylayır. Övladlarının hamısı çörəklidir. Qızları müəllimdirlər. Oğlu məsul vəzifədə çalışır. Nəvəsi Məhəmmədəli Vətən müharibəsində vuruşmuş, medalllarla təltif olunmuş, Zəfər paradında iştirak etmişdir. Bəli, bütün bunlar bir vətəndaş, ata, ana kimi onların xalq, cəmiyyət qarşısında əvəzsiz xidmətləridir.
Mətanət xanım həm də el ağbirçəyi, yaxşı hami-tərbiyəçidir. Gənclərə faydalı məsləhətlər verir. Həmişə öyüd-nəsihətlərində onları halal zəhmətlə yaşamağa çağırır.
Mətanət xanım kənddə yaşayıb toyuq hinindən ətək-ətək yumurta yığmayan, qapısında mal-qarası, qoyun-quzusu, həyət-bacasında mer-meyvəsi olmayan adamı həqiqi kəndli saymır. Deyir ki, kəndlinin ilhamı ot tayasında, pambıq tarlasında, taxıl zəmilərində, qoyun-quzu sürüsündə, bağda-bağçadadır. Torpaqdan çox şey əldə etmək olar. Lakin zəhmət çəkmədən heç nə başa gəlmir. Gərək torpağa tər tökəsən ki, bəhrəsini də görəsən. Bunu isə intizamlı adamlar, öz işi üçün məsuluyyət hiss edənlər bacarırlar. Hər şey torpağa qulluqdan, səpindən, əkilən bitkini böyük qayğı ilə becərməkdən, insanın işə məhəbbətindən asılıdır. İndi özümüzü təmin etmək, çörəyə görə başqasının qapısına getməmək üçün hər kəsdən vicdanla işləmək tələb olunur.
Mətanət xanım “Xoşbəxtliyi nədə görürsüz?”-sualına belə cavab verdi:
-Gərək insanın çörəyi halal, ürəyi açıq, başı uca olsun. Bu zaman bütün xoşbəxtlik onun nəsibi olar. Divarı nəm yıxar, insanı qəm. Paxıl ki, oldun, batdın. Yayda başı bişənin, qışda aşı bişər. Bərəkət hərəkətdədir...
Sohbətimizin sonunda isə Mətanət xanım bunları söylədi:
-Bizdən sonra ermənilər məzarlarımızı dağıtdılar. O yerlərin minillik adlarını dəyişdirdilər. O yerlərə bir də qayıdacağıq. Gələcək nəsillərimiz o torpağa mütləq qayıdacaqlar. Çünki əzəli bizim olub, axırı da bizim olacaq. Necə ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ Azərbaycandır,-dedi və bunu gerçəkləşdirdi, Vətənimizi dardan qurtardı, bir də görəcəyik ki, Allahın köməkliyi ilə İrəvan arzularımız da reallaşıb.


Elçin NƏSİB.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter
thefeeds.ink

thefeeds.ink

Добро пожаловать на уникальный портал