• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

UNUTSAQ UNUDULARIQ. Sosialist Əməyi Qəhrəmanı Aslanova Zəminə Sərdar qızı

  • 09.12.2020, 07:57, Baxış sayı:
  • 655
UNUTSAQ UNUDULARIQ.    Sosialist Əməyi Qəhrəmanı  Aslanova Zəminə Sərdar qızı
UNUTSAQ UNUDULARIQ.    Sosialist Əməyi Qəhrəmanı  Aslanova Zəminə Sərdar qızı
Zəminə Aslanova 1942-ci il iyulun 1-də Sabirabad rayonunun Qalaqayın kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra əvvəl Qalaqayın kolxozunda sıravı pambıqçı, 1963-cü ildən isə pambıqçılıq biriqadiri işləmişdir. 1968-1973-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alaraq alim-aqronom ixtisasına yiyələnmiş, 1980-1983-cü illərdə Bakı Ali Pariya məktəbini bitirmişdir. O, 1996-1998-ci illərdə əvvəllər pambıqçılıq biriqadiri işlədiyi «26-lar» kolxozunun sədri vəzifəsində çalışmışdır.
Zəminə Aslanova uzun illər Azərbaycan KP-nin Mərkəzi Komitəsinin plenum üzvü seçilmiş, 1976-1986-cı illərdə Sov.İKP MK-nın Təftiş Komissiyasının üzvü, həmçinin SSRİ Qadınlar Şurasının və SSRİ Həmkarlar İttifaqı Mərkəzi Şurasının plenum üzvü olmuşdur. O, VI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçimiş, uzun illər Sabirabad rayon PK-nin büro üzvü kimi fəaliyyət göstərmişdir.
Ulu öndər Heydər Əliyev Sabirabada hər gəlişində Zəminə Aslanovanın pambıqçılıq biriqadasında olmuşdur.
Onun yaxşı işi layiqincə qiymətləndirilmişdir. O, dörd dəfə Lenin, Oktyabr İnqilabı ordenləri, Xalq Təssərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif edilmiş, 1976-cı ildə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adını almışdır. 1999-cu ildən Prezident təqaüdcüsü idi.
2019-cu ildə vəfat etmişdir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter