• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

YURDUMUZUN QƏHRƏMAN QIZI

  • 07.11.2020, 21:34, Baxış sayı:
  • 660
YURDUMUZUN QƏHRƏMAN QIZIYURDUMUZUN QƏHRƏMAN QIZI
YURDUMUZUN QƏHRƏMAN QIZI
Böyük öndərin böyüklük etdiyi sadə bir kəndli qızının kiçik həyat hekayəsi

Fatma Hüseynova - bu ad ölkəmizdə çoxlarına tanışdır. Halal zəhməti sayəsində ucalmış, şəninə nəğmələr qoşulmuşdur. Sadə bir kəndli qızının uğurlarına sevinən də, onun əməyini qiymətləndirən də, ona arxa duran da Ulu öndər Heydər əliyev olmuşdur. Bir-birinin ardınca o, Sosialist Əməyi Qəhrəmanı, 2 dəfə Lenin ordeni, 2 dəfə “Şərəf nişanı” ordeni və digər onlarla orden və medallarla təltif edilmiş, SSRİ Ali Sovetinin və Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. Prezident təqüdçüsüdür, 2016-cı ildə I dərəcəli “Əmək” ordenininə layıq görülmüşdür. 2000-ci ildən bu günədək Qaratəpə Bələdiyyəsinin sədridir.
Fatma Sabiarabad rayonununda kəndli ailəsində dünyaya göz açıb. Sonra ailələri Pakrovka (indiki Qaratəpə) kəndinə köçüblər. Fatmanın bütün əmək salnaməsi elə bu kənddə-Lenin adına kolxozda yazılıb. O, orta təhsilini başa vuran kimi kəndlərindəki kolxozda işə başlayıb, az bir müddətdə sürət ustası kimi ad çıxarıb (Fatma sonralar ali təhsil alaraq alim-aqranom olub).
Heydər Əliyevlə ilk tanışlığı 1970-ci ildə olur. Sabirabada səfəri zamanı Lenin adına kolxozda olanda Heydər Əliyev pambıq yığan qızlarla görüşür, Fatma da onların arsında olur. Rayon rəhbərləri Fatmanın pambıq yığımında hünərindən danışırlar, hər gün tərəziyə 180-200 kq “ağ qızıl” qoyduğundan iftixarla söhbət açırlar. Ertəsi il Ulu öndər rayona səfərə gələndə yenə də Fatmagilin briqdasına gedir. Tarlada Fatma ilə söbət edərək qazandığı uğurlara görə ona təşəkkürünü bildirir. Elə oradaca rayon Partya Komitəsinin I katibi Məmməd Məmmədova tapşırır ki, günü sabahdan Fatmanı pambıqçılıq birqadiri təyin etsin. Elə də olur.
Fatmanın briqadası hər ili yeni-yeni nailliyətlərlə başa vurur. Rayonda pambıq istehsalının öncülü olur. Heydər Əliyev hər rayona gələndə onun biriqadasına baş çəkməsi bir adət şəklini alır.
... Fatma Heydər Əliyev barədə şirin xatirələrini vərəqlədikcə tez-tez kövrəlirdi:
- Bilirsiniz tam səmimiyyətimlə deyirəm, Heydər Əliyev mənim mənəvi atam idi. O məni nə adımla, nə də soyadımla çağırardı, sadəcə, qızım deyərdi.
Tarlalarda böyük xarüqələr yaradan Fatma Hüseynovaya 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verildi. Qızıl medalı şəxsən Heydər Əliyev onun sinəsinə taxdı, -Səninlə fəxr edirik,- dedi.
... 2016-cı ilin sentyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabada səfəri çərçivəsində Fatma Hüseynovanın fermer təsərrüfatında oldu. Çay süfrəsi arxasında təsərrüfatın üzvləri ilə görüşdü. Fatma Prezidentə 1981-ci ildə atası Heydər Əliyevlə birgə onun da briqadasında olmasından danışdı. Həmin səfərin bir anını əks etdirən foto-şəkili cənab Prezidentə təqdim etdi.
... 2018-ci ilin martın 26-da Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkədə kənd təsərrüfatının inkişafında xidmətlərinə görə fermer Fatma Heseynovaya 1-ci dərəcəli “Əmək” ordenini şəxsən Prezident İlham Əliyev təqdim etdi.
Fatma HÜSEYNOVA dövlətimizin başçısına minnətdarlıq edərək dedi:
- Mənim əməyimə verilən bu qiymət bütün sabirabadlıların əməyinə verilən qiymətdir. Mən keçən il hektardan 55 sentner məhsul götürmüşəm. Çalışacağam ki, bu il daha yüksək məhsul əldə edim. Təşəkkür edirəm, cənab Prezident, çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Bu, 1-ci dərəcəli “Əmək” ordeni “Sosialist Əməyi Qəhrəmanı”na bərabərdir. Sizin əməyinizi sovet dövründə də dövlət qiymətləndirib, müstəqil Azərbaycan dövləti də. Təbrik edirəm.
Fatma HÜSEYNOVA: Çox sağ olun. Allah mənə nəsib etdi ki, “Sosialist Əməyi Qəhrəmanı”nın döş nişanını ulu öndər Heydər Əliyev yaxama taxmışdı. Allah bunu da nəsib etdi ki, bu ordeni mənə Ulu Öndərimizin davamçısı – Siz təqdim etdiniz. Sağ olun.
Uğurlar Fatma xanım...

... Budur Böyük Öndərin böyüklüyü. Sadə bir kəndli qızının həyat məşəli olmaq elə Heydər Əliyev kimi böyüklərə, ululara xasdır.

İ.DƏMİRQAYA
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter