Bizə yazırlar. Təşəkkür edirik
- 22.01.2021, 11:19, Baxış sayı:
- 385
Facebook
Вконтакте
Одноклассники
Google+
Hörmətli redaksiya,
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən üzərində tarixi Zəfər hər birimizi qürurlandırdi. Biz onunla fəxr edirik.
Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanlardan biri də oğlum Fərid oldu. Sentyabrın 27-dən döyüşə atılan Fərid həmişə nümunəvi əsgər kimi düşmənə sarsıdıcı zərbələr endirib. Şuşanın işğaldan azad olunmasında o, da qəhrəmanlıq göstərənlərin cərgəsində olub.
O ağır günlərdə ailəmiz çox çiddi maddi çətinliklər çəkirdi. Çünki yeganə evə qazanc gətirənimiz o idi. Kömək üçün bir çox əlaqədar təşkilatlara müraciət etsək də nəticəsiz qaldı. Qəzetiniz vasitəsilə ailə vəziyyətimizi ictimailəşdirdikdən sonra bizə köməklik edildi, təşəkkür edirik.
Məmmədov Fərrux Abbas oğlu,
Sabirabad rayonu Qalağayın kəndi,
II qrup əlil, Vətən müharibəsinin döyüşçüsü Fərid Məmmədovun atası