Bizə yazırlar. Qazinin həyat yoldaşı kömək istəyir
- 22.01.2021, 11:13, Baxış sayı:
- 556
Facebook
Вконтакте
Одноклассники
Google+
Hörmətli redaksiya,
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi hər birimizi sevindirir. Vətən müharibəsində yüzlərlə şəhid verdik, Allah hamsına rəhmət eləsin, qəbirləri nurla dolsun.
Həyat yoldaşım Babayev Elvin Paşa oğlu da Vətən müharibəsinə ilk səfərbər edilənlərdən olmuşdur. Döyüşlərdə xəsarət alaraq 3 aydır ki, hərbi qospitalda müalicə alır. Ailə vəziyyətimiz olduqca ağırdır. Heç bir yerdən gəlirimiz yoxdur. 3 azyaşlı uşağımla kiçik bir evdə çox çətinliklə yaşayırıq. Öhtəmdə əlil bir qaynanam da var.
Xahiş edirəm aidiyyəti təşkilatlar bizi darda qoymasınlar, kömək eləsinlər.
Babayeva Rəqibə Cavanşir qızı,
Sabirabad rayonu Çöl Beşdəli kəndi