• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən müharibəsində yaralanmış əsgərin ailəsinə qayğı artırılmalıdır

  • 17.12.2020, 18:41, Baxış sayı:
  • 380
Vətən müharibəsində yaralanmış əsgərin ailəsinə qayğı artırılmalıdır
Bir məktubun izi ilə

Redaksiyamıza Sabirabad rayo­nunun Qalağayın kənd sakini, II qrup əlil Fərrux Məmmədovun imzası ilə şikayət məktubu daxil olmuşdu. Məktubda göstərilirdi ki, ailəliyəm, dörd uşağım var. Həyat yoldaşım xərçəng xəstəliyindən əziyyət çəkir, Milli Onkologiya Mərkəzində müalicə olunur. Böyük oğlum Fərid Vətən müharibəsində könüllü xidmət etmişdir. İki məktəbli uşağım var. Aldığım təqaüd ailənin ehtiyacını ödəmir. Xahiş edirəm güzəranımı yaxşılaşdırmaqda mənə dəstək olasınız.
Məktubun izi ilə Qalağayın kəndi­nə gedib 50 yaşlı Fərrux Məmmədovla həmsöhbət olduq: “Amansız xəstəlik həyat yoldaşım Sevinci 6 ay bundan əvvəl yaxaladı. Elə o vaxtdan ailəmizin qara günləri başladı. İndiyədək Sevincin müali­cəsinə 6 min manatadək xərcim çıxıb. Mənim aylıq təqaüdüm isə 233 manatdır”. Dediyinə görə, özünün dava-dərmanı ona ayda 106 manata başa gəlir. Bütün bunlara isə onun imkanı yoxdur: “Bir sözlə, hazırda bizim müalicəmiz, evi dolandırmaq imkanım xaricindədir. Odur ki, evdə gözə görünən qiymətli nə varsa, hamısını satmışam”. Daha sonra o dedi: ”Oğlum Qubadlıda, Şuşada döyüşlərdə iştirak edərək yaralanıb. Hazırda müali­cə olunur. O, evdə olanda işləyib əlimdən tuturdu. Mən özüm də xırda ticarətlə məşğul idim. İndi xəstəlik işləməyimə imkan vermir”. Fərrux Məmmədov onu da vurğuladı ki, ailəyə yalnız o şeyləri alıram ki, gündəlik onlarsız keçinmək mümkün deyil. Hələ yaxşı ki, uşaqlarım ərköyün deyillər. Başqalarının geyindiklərindən, yediklərindən tələb etmirlər. Yoxsa, heç bilmirəm neylərdim. Bir tərəfdən də kömək üçün kimlərəsə ağız açmağa utanıram. Digər tərəfdən isə məcbur olub 4 bankdan ayrı-ayrı qohumlarımın adına pul götürmüşəm. Banklara ayda 265 manat pul ödəyirəm.
Bu ailənin taleyi, daha doğrusu, əlacı bu gün bizim hər birimizin onlara can yandırmağımızdan, mərhəmətimizdən, maddi köməyi­mizdən asılıdır. Gəlin, bu ağır günlərdə imkansız əsgər ailəsinə yardımçı olaq, dayaq duraq.
E. XƏLİLOĞLU
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter