• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhid - Hüseynov Fərid Yaşar oğlu

  • 30.12.2020, 23:18, Baxış sayı:
  • 1049
Şəhid - Hüseynov Fərid Yaşar oğlu
RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Belə mərd Vətən oğullarından biri də Hüseynov Fərid Yaşar oğludur. O, 17 iyun 1997-ci ildə Sabirabad rayonunun Məmişlər kəndində anadan olub. Həmin kənddə də orta təhsil alıb. 2015-ci ildə zenit-artilleriya qoşunlarında xidmət edib. Həqiqi hərbi xidmətdə fərqləndiyi üçün dəfələrlə təşəkkür alıb.
2020-ci il sentyabrın 20-də yenidən hərbi xidmətə çağrılıb. 7 günlük təlimdən sonra Füzulinin Qaraxanbəyli, kənd Horadiz və Hadrutun Tuğ kəndindəki döyüşlərdə iştirak edib.
Atası Yaşar Hüseynovun dediklərindən:
- Oktyabrın 30-da Fəridlə telefon əlaqəsi saxladıq. Qızğın döyüşlərin getdiyini, Vətənin bir qarış torpağını belə düşməndə qoymayacağlarını dedi. Ertəsi gün isə Hadrutun Tuğ kəndi uğrunda gedən döyüşlərdə düşmən mərmisi nəticəsində şəhid olub.
Dayısı Ramiz Ağayev də Fəridin səmimi, mehriban, zəhmətkeş bir oğul olduğundan ağızdolusu danışdı. Dəfələrlə telefon əlaqəsi zamanı deyirdi ki, “Narahat olmayın, biz qalib gələcəyik”.
... Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.
Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Hüseynov Fərid Yaşar oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Rauf QARAYEV
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter