• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən müharibəsinin şəhidİ. RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK

  • 14.12.2020, 08:22, Baxış sayı:
  • 508
Vətən müharibəsinin şəhidİ.  RUHUNUZ QARŞISINDA BAŞ ƏYİRİK
Bu dünyada bizlərə bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddətdən sonra başa vuracağıq. Bu mənada insanın dünya həya­tına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq. Vətən, xalq yolunda öz istəkləri ilə canlarından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq. Vətənimizin bu günü, sabahı üçün ürəyini məşəl edib, erməni qəsbkarları ilə ölüm-dirim savaşında düşmənə həddini qandıraraq qəhrəmanlıqlar göstərib şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Ağa Aydın oğlu Hüseynlidir.
Bu günlərdə Sabirabad rayonunun Moranlı kəndinə gedərək şəhidin ailəsinə baş çəkdik. Atası Aydın kişi dedi ki, Ağa 2001-ci il sentyabrın 7-də Moranlı kəndində dünyaya gəlmişdi. İki bacının bir qardaşıydı. Bir il idi ki, əsgərlik çəkirdi. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsil almaq fikrindəydi. Ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşməndən azad edildi, erməni faşistləri geri oturduldu. Müzəffər Azərbaycan Ordusu düşmən üzərində şanlı Qələbə qazandı, mənim oğlumun və şəhidlərimizin qanı yerdə qalmadı.
Moranlı kənd sakinləri ilə də həmsöhbət olduq. Etibar Novruzovun dediklərindən:
-Ağa Hüseynli idmanla məşğul olurdu, cüdoçu idi. Bakıda, Sumqayıtda və ölkəmizin digər şəhərlərində keçirilən respublika yarışlarında, beynəlxa­lq turnirlərdə Sabirabadın idman şərəfini uca tutaraq fəxri kürsünün yüksək pillələrinə qalxmış, mükafatlar qazanmışdı. Şəhidimizlə fəxr edir, qürur duyuruq.
İlqar İmanov isə bizə bunları söylədi:
-Rəhmətlik vətənpərvər, namuslu oğul idi. Ağa həmişə özündən çox başqaları barədə fikirləşirdi...
Allah rəhmət eləsin, qəbri nurla dolsun.
Elçin NƏSİB.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter