Müharibədə bir ailədən döyüşən 4 qardaş - Foto
- 07.12.2020, 09:04, Baxış sayı:
- 399
Facebook
Вконтакте
Одноклассники
Google+
Tovuz rayonunda Hüseynovlar ailəsinin dörd oğlu 44 günlük Vətən müharibəsində ön cəbhədə vuruşub. Onlar rayonun Dondar Quşçu kəndindən olan dörd qardaş - Səməd, Afiq, Elnur və Kamran Hüseynovlardır. Qardaşlardan üçü zabit, biri isə müddətdən artıq xidmət edən hərbçidir.
Bu barədə “Qafqazinfo”ya hərbçilərin atası Mahir Hüseynov məlumat verib.
“Oğlanlarım vətən uğrunda döyüşüblər, öz borclarını yerinə yetiriblər. Onlardan 3-ü zabit, 1-i isə MAXE-dir. Böyük oğlum Səməd Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. Sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib, mayordur. İkinci oğlum Afiq MAXE-dir, 2014-cü ildən artilleriya sürücüsüdür. Üçüncü oğlum Elnur da əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi litseyi, sonra isə Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib. Döyüşlərə düşmən təyyarələrinin havada məhv edilməsində onun da xidmətləri var, mayordur. Ən kiçik oğlum Kamran da qardaşları kimi Cəmşid Naxçıvanski adına hərbi litseyi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib, leytenantdır. Hazırda helikopter pilotudur”. /Muganinsesi.az/