• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türkiyə bu gün dünya çapında söz sahibidir

  • 22.02.2024, 09:30, Baxış sayı:
  • 143
Türkiyə bu gün dünya çapında söz sahibidir

Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri mühüm əhəmiyyətə malikdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfəri bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu müharibə günlərində xalqımız qardaş Türkiyənin Azərbaycana sarsılmaz dostluq mövqeyini gördü, güclü dəstəyini hiss etdi.
Artıq ənənəyə çevrilən hər iki ölkənin dövlət başçılarının prezident seçkilərindən sonra qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana səfərləri iki qardaş ölkənin sarsılmaz dostluq nümunəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də qardaş ölkəyə rəsmi səfəri dövlət başçımızın “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir”.
Liderlik fəaliyyətində demokratiyaya, insan hüquq və azadlıqlarının qorunmasına, hər kəsə fərdi yanaşma prinsipinə üstünlük verən Prezident Rəcəb Tayyib Ərdoğanın bölgələrə səfərləri zamanı insanlarla ünsiyyəti, şəhid ailələrinin ağrı-acısına həssaslıqla yanaşması, yoxsul ailələrə göstərdiyi humanitar yardımlar dövlət başçısının şəxsi keyfiyyətlərini əks etdirməklə onun əsl vətəndaş, təcrübəli rəhbər olmasını təsdiqləyir. “Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər” söyləyən Prezident İlham Əliyevin sözlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki siyasi qüdrətimiz, hərbi gücümüz təsdiqlədi. Türkiyədə və Azərbaycanda sabitliyi pozmağa çalışanların qarşısı hər iki xalqın birliyi ilə alındı.
Türkiyə-Azərbaycan əməkdaşlığının bütünlükdə türk dövlətlərinin birliyinin möhkəmlənməsindəki əvəzsiz rolu son illərdə daha da intensivləşib. Qlobal enerji və nəqliyyat layihələrinin reallaşmasında əsas tərəfdaş olan ölkələrimizin dünya siyasətində artan rolu türkçülüyün, turançılığın sarsılmazlıq nümunəsidir.
İki dost ölkənin birgə həyata keçirdiyi layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri ölkələrin sərhədlərindən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi bu gün 7,5 milyard dollar təşkil edir.
Ankaradakı görüşdə mətbuata bəyanatında Prezident İlham Əliyevin bildirdiyinə görə Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır. Türkiyə bölgəmizdə barışın, istiqrarın, sülhün və iş birliyinin qarantıdır.
Qeyd edilib ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Belə ki, bu ilin iyulunda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti iştirak edəcək və bu, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcəkdir.

Əziz Mikayılov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter