• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türk dünyası üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətləri

  • 16.06.2023, 23:01, Baxış sayı:
  • 200
Türk dünyası üçün  nümunə olan Azərbaycan-Türkiyə münasibətləri
Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi iki dövlət arasındakı dostluğu və qardaşlığı göstərir. Dövlətlərarası münasibətlərin inkişafı bütün müttəfiq ölkələr üçün nümunədir. Bu səfər çərçivəsində iki dost və qardaş ölkə rəhbərlərinin təkbətək və geçiş tərkibdə görüşləri olub və görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Sevindirici haldır ki, son 20 ildə Türkiyə ilə Azərbaycan arasında formalaşan qarşılıqlı əlaqələr bu gün yüksələn xətlə inkişaf edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində yaratdığı siyasi reallıqlardan biri də ondan ibarətdir ki, Türkiyə regional siyasətə daha dərin nüfuz etmək iqtidarına malik olub. Rəsmi Ankara heç kimdən çəkinməyərək Azərbaycana hərbi yardım etdi və Azərbaycan torpaqlarını erməni işğalından azad etdi.
Bu gün Ermənistan və onun havadarları anlamalıdırlar ki, onun sülh prosesinə maneə olmağa cəhd etməsi əbəsdir və bu siyasət uzun müddət davam edə bilməz. Azərbaycan regionda tək deyil. Türkiyə həm diplomatik, həm də hərb sahəsində Azərbaycanın yanında olacaqdır.
Türkiyənin diplomatik, iqtisadi və hərbi gücünün artması, ona Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərə müdaxilə etmək və yaxın müttəfiqinə, dost və qardaş Azərbaycanı dəstəkləməyə imkan verir. Prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfərini Azərbaycana etməsi tarixi xarakter daşıyır.
Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında Prezident Rəcəb Tayyib Ərdoğan qarşılıqlı əlaqələrə dair bir sıra məsələlərə toxundu. Təhsil, müdafiə sənayesi, nəqliyyat, tranzit, regional təhlükəsizlik kimi məsələlərə toxunan Türkiyə Prezidenti açıq şəkildə bildirdi ki, bu sahələrdə Azərbaycan ilə yaxın əməkdaşlıq əlaqələrini davam və inkişaf etdirəcək. Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin Zəngəzur dəhlizi təşəbbüsünü dəstəkləyir. Bu yol Türkiyənin Şərqdən Azərbaycan, Orta Asiya və Çinlə, Qərbdən isə şərqi və qərbi Avropa dövlətləri ilə birləşməsinə səbəb olacaq. Tranzit yükdaşımaların mərkəzinə çevriləcək Türkiyə regionda sülhün və əmin-amanlığın hökm sürməsində maraqlıdır.
Onu da nəzərə almaq lazımdır ki, Ermənistan böyük qüvvələrin geosiyasi oyunlarına alət olaraq sülh prosesinə maneə törədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri bu problemin də həllinə nail olmaq imkanı yaradır. Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi rəsmi Ankaraya Qarabağ məsələsinə həm diplomatik, həm də hərbi müdaxilə imkanı verir.
Türkiyə ilə Azərbaycanın birliyi digər türkdilli dövlətlərin də bu birlik ətrafında cəmləşməsinə səbəb olacaq. Bu birlik dünya siyasətində layiqli yer tutmaq, inkişaf və tərəqqi üçün olduqca vacibdir.

Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter