• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı

  • 28.09.2023, 00:16, Baxış sayı:
  • 231
Möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı
Əsrlərə bağlı olan Azərbaycan-Türkiyə birlik, dostluq və qardaşlıq münasibətlər günümüzdə hər iki ölkənin lideri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində daha da inkişaf edir, möhkəmlənir və irəli gedir. Bu ilin iyun ayının 12-də Türkiyənin 13-cü Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın ilk səfərini Şimali Kipr Cümhuriyyətinin ardınca Azərbaycana və sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvanda rəsmi səfərləri, ilk növbədə, iki qardaş ölkə arasında münasibətlərin ən yükəsk səviyyədə olmasının, bir millətin iki dövlətin – Azərbaycanla Türkiyənin sarsılmaz birliyinin dünyaya bir mesajıdır.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüşü olub, həmçinin, hər iki dövlət başçıları sənədlər imzaladılar, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib: “İki il bundan əvvəl uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi – müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı”. Dövlətimizin başçısı qeyd edib: “Bu gün bu əlaqələr ən yüksək zirvədədir və biz indi bütün istiqamətlər üzrə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq”.
2021-ci il iyunun 15-də Şuşada imzalanan Türkiyə-Azərbaycan, “Bir millət, iki dövlət”i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi müttəfiqlik nümunəsildir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.
Sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuata bəyanatında qeyd edib ki, “Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək”.
Prezident İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi mətbuata bəyanatında Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanmasını tarixi hadisə olduğunu bildirib: “Vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik. Bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk”.
“Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”,-deyə dövlətimizin başçısı əlavə edib.
Qeyd edilməlidir ki, Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar vardır. bu planların həyata keçirilməsindən sonra Naxçıvan yaşıl enerji zonasına çevriləcəkdir. Eyni zamanda Naxçıvanda həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial vardır və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır. Keçən il Azərbaycan və Türkiyə arasında 6 milyard dollardan çox olub. Bu ilin yeddi ayı ərzində isə dövriyyə daha 40 faiz artıb və artmaqda davam edir.
Görüşdə həm də sentyabrın 19-da Qarabağ bölgəsində həyata keçirilən Lokal antiterror tədbirlərindən də danışılıb. 23 saat ərzində keçirilən bu tədbirlər nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, ölkəmizin şərtlərini qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edildi. Bu hadisədən çox az vaxt keşməsinə baxmayaraq artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar – yanacaq – neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardımlar göndərilməsinə başlanılıb və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.
Əminliklə qeyd etmək olar ki, iki dost və qardaş ölkə rəhbərlərinin növbəti görüşü bütün sahələrdə gələcək əlaqələrin daha da genişlənməsinə səbəb olacaqdır.

Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter