Qardaşlıq münasibətlərini və strateji tərəfdaşlığı rəsmiləşdirən tarixi sənədlər
- 06.07.2021, 12:19, Baxış sayı:
- 452
Facebook
Вконтакте
Одноклассники
Google+
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. İki qardaş ölkənin münasibətləri davamlı inkişaf edən münasibətlərdir. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə oldu. Dost, qardaş və qonşu Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Siyasi liderlərin örnək münasibəti tarixi ənənələrimiz, ortaq dəyərlərimiz qədər əzizdir, dəyərlidir. Liderlərin atdığı qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığının, işbirliyinin bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan dövlət başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirməsi olduqca yüksək dəyərə malikdir. Hər iki Prezident müxtəlif beynəlxalq tədbirlərdə həmişə öz ölkəsi ilə yanaşı qardaş ölkəyə birmənalı dəstəklə seçilib. Bu, əsl qardaşlıq örnəyidir. Bir-birinə məhz “qardaşım” deyərək müraciət edən İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birliyi və həmrəyliyi, öz ictimaiyyətimiz üçün də, dünya birliyi üçün də örnək təşkil edir.
44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi. Şuşa bəyənnaməsinin imzalanmasından sonra Türkiyə televiziyalarında müşahidə olunan mənzərə çox ürəkaçan idi.Bizim türk qardaşlarımız bu Qələbəyə öz qələbələri kimi sevinirdilər. Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bu, bizim müştərək qələbəmizdir”, – Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə Türkiyənin xarici işlər naziri, milli müdafiə naziri və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edərkən söylədiyi bu fikirlər dediklərimizin sübutu, təsdiqi, mükəmməl ifadəsidir.
Əlbəttə, ölkələrimizin iqtisadi imkanları da qardaşlığımızın qüdrətini artırır. Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sferada, özəlliklə də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Artıq bu yöndə bir sıra önəmli addımlar atılıb və birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyət daşıdığı hər kəsə bəllidir.
Səbinə Qarayeva,
YAP Sabirabad rayon təşkilatının fəal gənci