Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib
- 28.10.2021, 20:20, Baxış sayı:
- 449
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş torpaqlarımıza ikinci səfəri hazırda bütün dünyanın diqqətində olan mühüm siyasi hadisədir. Bu səfər bir daha göstərir ki, 44 günlük İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi ilə tarixi Qələbəmizə əldə olunmasına necə nail olduqsa, bu gün də Prezident Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş əraziərimizə səfəri ilə soydaşlarımızın Böyük Qayıdışına yönələn addımların reallaşmasına öz töhfələrini vermək istəyini nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün regional məsələlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Öz milli ləyaqətini, xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan faktoru ən önəmli amillərdən biridir.
Qardaş ölkənin Prezidentinin səfəri Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü, dövlətlərimiz arasında dostluğun, əməkdaşlığın regional və dünya miqyasında önəmli amilə çevrilməsinin göstəricisidir. Dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çoxluğu fonunda Azərbaycan-Türkiyə birliyi nümunəvi xarakter daşıyır. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluğu və liderliyi yalnız iki ölkənin münasibətlərində deyil, regionda və dünyada cərəyan edən proseslərə təsirində də özünü göstərir. Hər iki Lider öz əməli fəaliyyətləri ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar qazanır, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər.
Kərim Kərimov,
E.Nadirov adına 8 saylı Sabirabad
şəhər tam orta məktəbinin müəllimi