Bayram tədbiri
- 27.11.2023, 20:02, Baxış sayı:
- 228
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət İdarələri və İctimai Xidmət işçiləri Respublika Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri Zakir Əliyevin təşkilatçılığı ilə 8 Noyabr “Zəfər Günü” münasibətilə bayram tədbiri keçirilib. Bayram süfrəsi arxasında keçən tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Sabirabad rayonunun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb. Tədbirin davamında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət İdarələri və İctimai Xidmət işçiləri Respublika Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri Zakir Əliyev və digər çıxış edənlər 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və əzəli torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyindən söz açaraq, bu möhtəşəm qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.
“Muğanın səsi”