Şəhid ailələrini ziyarət etmişdir
- 05.01.2023, 18:57, Baxış sayı:
- 201
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində Dövlət İdarələri və İctimai Xidmət işçiləri Respublika Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri Zakir Əliyev şəhid ailələrini evlərində ziyarət etmiş, bayramlarını təbrik edərək, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləmişdir. O, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulamış və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid valideynlərinə təşəkkürünü bildirmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman əziz olduğunu, onların xalqın qəlbində əbədi yaşayacaqlarını söyləyərək şəhidlərin ailə üzvlərinə diqqət və qayğının göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu vurğulamışdır.
Zakir Əliyev eyni zamanda Vətən müharibəsi şəhidi Babək Ənnağıyevin ailəsində şəhidin uşaqlarına bayram sovqatı təqdim etmişdir.
“Muğanın səsi”